CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq

© Photo : Rajab JafarQusar rayonu
Qusar rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra şəhidin cənazəsi dəfn edilmək üçün Qusar rayonuna yola salınıb

BAKI, 6 fev — Sputnik. Şəhid Çingiz Qurbanovun yas mərasimi Qusar rayonunda keçiriləcək. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhid Qusarın Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində bu il fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra şəhidin cənazəsi dəfn edilmək üçün Qusar rayonuna yola salınıb.

Xəbər lenti
0