Здание ООН в Нью-Йорке. Архивное фото

BMT-dən Azərbaycana xəbərdarlıq

660
(Yenilənib 20:46 05.02.2017)
Beynəlxalq təşkilat qadınlara hətta onların seçdikləri peşə reproduktiv sağlamlıqlarına ziyan versə belə, seçim hüququnun verilməsini təklif edir

BAKI, 3 fev — Sputnik. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsindəki (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələri qaldırmağı tələb edib.

Bu barədə Sputnik Azərbaycan-a "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası" qeyri-hökumət təşkilatının sədri Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, Əmək Məcəlləsində qadınların hansı sahələrdə işləyə bilməyəcəkləri konkret yazılıb: misal üçün, zərif cinsin nümayəndəsi nə qədər çəkisi olan yükü neçə metr məsafəyə və hündürlüyə daşıya bilər; qadınların yer altında işləmək şərtləri, gecə növbələri və s.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/Handout

Məmmədov qeyd edib ki, Məcəllənin mətnindən də anlamaq olar ki, qadın taksi sürücüsü ola bilər, amma yük maşınının sürücüsü yox. Məsələn, yük maşınının təkərinin ağırlığı 70-80 kiloqramdır, əgər birdən yolda onu dəyişmək lazım gəlsə, zərif cinsin nümayəndəsi bunu bacarmayacaq. Eyni zamanda bu, qadınların reproduktiv sağlamlığı üçün də kifayət qədər zərərlidir. 

Hüquq müdafiəçisi bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" Konvensiyaya qoşulub. Bu sənədin qadınların reproduktiv sağlamlığının mühafizəsi haqqında tələbi var. Amma bir problem yaranıb. Bir sıra beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan tələb edir ki, ƏM-də qadınlarla bağlı qadağanlar ləğv edilsin. Məmmədovun sözünə görə, beynəlxalq təşkilatlar bu qadağalara qadın hüquqlarının pozulması kimi baxır.

"Amma mən hesab edirəm ki, bu, səhv münasibətdir. Mənə elə gəlir ki, bu məhdudiyyətlər qadınların sağlamlığının mühafizəsinə yönəlib, nəinki onların hüquqlarının pozulmasına. Əvvəllər belə bir termin var idi: pozitiv diskriminasiya. Hazırda feministlərin təsiri ilə təşkilatlar bu termindən imtina etdilər. Və beynəlxalq təşkilatlar da qadınlarla bağlı onların öz məşğuliyyətlərini seçmələrinə məhdudiyyətlərin ləğvini tələb edirlər. Mən beynəlxalq təşkilatların mövqeyini dəstəkləmirəm. Misal üçün, istəmirəm ki, qadınlar əlacsız qalıb boya sexində işləsinlər və nəticədə xəstə uşaq dünyaya gətirsinlər" — hüquq müdafiəçisi bildirir.

Qeyd edək ki, Məmmədovun dediyi məhdudiyyətlər AR ƏM-nin 241-ci maddəsində (Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər) nəzərdə tutulub. Orada aydın surətdə yazılıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. 

Məcəlləyə görə, bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

Курение в общественных местах
© Sputnik / Владимир Астапкович

Lakin qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Mövcud normaya görə, qadınlar 15 kq-dan ağır yük götürə bilməzlər. Ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 15 kiloqramdan artıq gücün sərf edilməsi qadınların əmək funksiyası normalarına daxildir. 

Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyd etmək lazımdır ki, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətlərinin məhdudlaşdırılması ƏM-nin 242-ci maddəsi ilə tənzimlənir. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 243-cü, uşağın yedizdirilməsi üçün fasilələr 244-cü, natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması isə 245-ci maddələrdə əksini tapıb.

Qeyd edək ki, sözügedən məhdudiyyətlər Rusiya qanunvericiliyində də mövcuddur. RF Əmək Məcəlləsinin 253-cü maddəsində qadınlara 38 sahədə əməyin 456 növü ilə məşğul olmaq qadağandır. Onların arasında poladəritmə, ağır texnikanın idarə olunması (misal üçün, qartəmizləyən maşını), dalğıclıq, çilingərlik, metro maşinisti və hətta onun köməkçisi, dülgərlik, kimya sənayesi və s. də var.

660
Teqlər:
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, Əmək Məcəlləsi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, BMT
Əlaqədar
Məmmədyarov BMT-nin nümayəndəsi ilə işğaldan azad olunmuş kənddən danışıb
“BMT-dən ədalət gözləmirəm”
BMT-nin yeni baş katibi seçildi
BMT bu gün təcili toplanır
BMT-nin baş katibi prezident olmaq istəyir
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

22
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

22
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

3
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

3
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0