Автобусы на привокзальной площади в Баку. Архивное фото

Avtobus sürücüləri nəzarətə götürülüb

31
(Yenilənib 18:12 03.02.2017)
BNA: Avtobusları evlərinin yaxınlığında saxlayan sürücülər nəzarətə götürülüb

BAKI, 3 fev — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülər tərəfindən qeyri-iş vaxtı avtobusların istifadəsindən narazıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalata bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır.

"Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb. Bundan başqa, əməkdaşlarımız tərəfindən 64 saylı marşrutda avtobusların xəttə çıxışı ilə bağlı reyd keçiriblər. Müşahidə olunub ki, nəqliyyat vasitələri istehsalat bazasından xəttə çıxmırlar. Bu cür halların qarşısını almaq üçün belə bir təklifimiz var ki, pərakəndə şəkildə çalışan şəxslər birləşib kooperativ yaratsınlar. Bu, daha məqsədəuyğun olar. Hər bir nəqliyyat vasitəsi istehsalat parkından xəttə çıxmalıdır. Bu da baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi güdür" — Abbasov qeyd edib.

31
Teqlər:
kooperativ, sürücülər, marşrut, avtobus, yol-nəqliyyat hadisəsi, nəqliyyat vasitələri, BNA, Bakı Nəqliyyat Agentliyi, Mübariz Abbasov, Bakı
Mİngəçevirdə keçmiş turist bazasının ərazisi

Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO

148
(Yenilənib 18:07 21.06.2021)
İlan zəhəri bəzi xəstəliklər üçün faydalı olsa da, ilan sancanın həyatda qalması üçün bəzən dəqiqələr belə çatmır. Mingəçevirdə Boz dağ adlanan ərazidə daha çox yayılan gürzənin zəhərindən istifadə mümkündür. Ancaq hələ ki, ondan qorunmaq lazım gəlir.

BAKI, 21 iyun — Sputnik. Mingəçevir şəhərində yerləşən keçmiş turist bazasında ilanlar sakinlər üçün qorxulu kabusa çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, isti günlərdə ilanların sayı daha da artdığından onlar insanlara, ev quşlarına zərər yetirirlər. Turbazada Ağdam, Kəlbəcər, Laçın rayonundan olan sakinlər məskunlaşıblar.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə keçmiş turist bazasında məskunlaşan sakinlər

Ağdam sakini olan Valeh Məcnunov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində ilanların soyuducudan, divara asılan xalçanın arxasından çıxdığını deyib: “Düzünü desəm, ilanlar, demək olar ki, biz sakinlərin ev heyvanına çevrilib. Həyətdə, evin içində rahat sürünürlər. Həyat yoldaşım bir neçə gün öncə soyuducunu açanda gürzə ayağının üstünə düşüb. Çox qorxmuşdu, böyük oğlum özünü çatdırıb tez məhv etmişdi. Kiçik oğlum Muradı isə həyətdə gəzən zaman ayağından sancıb. Tez xəstəxanaya çatdırdıq, şükür, ciddi problem yaranmadı. Azyaşlı uşaqlara görə qorxuruq, onları sancsa, ağır fəsadları ola bilər. Bu zəhərli canlılara bir əncam çəksələr, yaxşı olar”.

© Sputnik / Rahim Mammadov
Laçın sakini Gözəl Teymurova

İlanlarla bərabər, əqrəb və digər zəhərli həşəratlar da turbazada təhlükə saçır. İlanlar insanlarla yanaşı, toyuq-cücəyə də zərər yetirir. Laçın sakini Gözəl Teymurova Sputnik Azərbaycan-a bildirib: “Otuz ildir burada məskunlaşmışıq, elə ilanlar da bizimlə bərabərdir. İsti günlərdə daha da artırlar. Qızım toyuq hinində də görüb, hətta qoluna dolanıb ona zərər yetirməyə az qalmış özümü çatdırıb bellə başını əzmişəm. Çox qorxuludur buralar".

Gözəl xanım tezliklə yurduna dönəcəyi və doğma torpağına qovuşmaq sevinci ilə yanaşı, sürünənlərdən də canını qurtaracağı günü gözləyir: "Çox sağ olsun şanlı ordumuz, möhtərəm prezidentimiz, torpaqlarımızı işğaldan azad etdilər. Tezliklə öz kəndimizə qayıdacağım günü gözləyirəm”.

Turbazada yaşayanlar bildirirlər ki, əvvəlki illərdə ərazi dizinfeksiya ediləndə həşəratlar, ilanlar nisbətən azalmışdı. Bu il isə burada dərmanlama işləri aparılmayıb. Mingəçevir Dezinfeksiya İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, onlar təsərrüfat hesablı idarə olduqlarına görə dərmanlama işləri üçün müqavilə bağlanmalıdır.

Eləcə də oxuyun:

148
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxma sayı azaldı

6
(Yenilənib 17:56 21.06.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı ilə bağlı son statistikanı açıqladı.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 959 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, bu günə qədər isə ümumilikdə 3 680 977 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. İyunun 20-də  1 nəfər koronavirusdan vəfat edib.

Vaksinasiyanın statistikası

Azərbaycanda bu gün 215 nəfər vaksinasiya olunub.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 989 673, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 949 646, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 040 027 nəfər təşkil edir.

 

 

 

 

6
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıb

Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsinə münasibət bildirdi

0
(Yenilənib 18:54 21.06.2021)
Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir.

BAKI, 21 iyun — Sputnik. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtında imzalanmış 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsini böyük razılıq hissi ilə qarşılayırlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin imzaladığı bəyanatlarda bildirilib ki, bu ölkədə hər kəs müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab edir, əmin-amanlıq və rifah şəraitində yaşayır:

"Bizim övladlarımız işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə öz vətənləri olan Azərbaycan qarşısında mənəvi vəzifələrini yerinə yetiriblər".

Qeyd edilib ki, Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən bütün icmalar müstəqil xarici siyasət həyata keçirən iki dövlət tərəfindən imzalanan, müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirən, Şuşa Bəyannaməsini dəstəkləyir və Azərbaycanın yanında olduqlarını bəyan edirlər.

0