Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении

Dövlət Komissiyası: Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür

178
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb

BAKI, 2 fev — Sputnik. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan-ın Dövlət Komissiyasına istinadən məlumatına görə, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

178
Teqlər:
Ermənistan-Azərbaycan, Talış kəndi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası
Əlaqədar
Müdafiə Nazirliyi əsir götürüldüyü deyilən Azərbaycan hərbçisi barədə məlumat yayıb
ATƏT sədri İrəvanda azərbaycanlı əsirlər məsələsini qaldıracaq
Azərbaycanlı biznesmen əsir düşməmək üçün özünü güllələyib
"Yaralı halda əlində qumbara tutubmuş ki, əgər əsir düşərsə..."
Alman jurnalist bir illik əsirlikdən azad edildi