Qarlı Bakı: hava sürprizlərini davan etdirir

Sabahın hava proqnozu açıqlandı

2259
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

BAKI, 2 fev — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

2259
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, şaxta, hava
Əlaqədar
Yanvarın 31-dən fevralın 1-i səhərədək müşahidə olunmuş faktiki hava
Fevralın hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu: Qar, külək
Şaxtalı hava şəraiti davam edəcək
Kəskin hava şəraiti ilə bağlı yollardakı vəziyyət açıqlandı
Qarlı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq