CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Çağrı mərkəzləri"nə müraciət edənlərin sayı azalıb

Əmək və əhalinin müdafiəsi nazirliyi
Əmək və əhalinin müdafiəsi nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-"Çağrı mərkəzləri"nə müraciətlərin sayı əvvəlki dekabr ayı ilə müqayisədə 33,8 faiz azalaraq 15 279-a düşüb

BAKI, 2 fev — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əhali üçün aktual olan bütün iş sahələrinin avtomatlaşdırılması və xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkil olunması nazirliyin "Çağrı mərkəzləri"nə müraciətlərin də getdikcə azalması ilə müşahidə edilir. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vergilər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vergilərlə bağlı 50 minə yaxın müraciət daxil olub

Bildirilir ki, cari ilin yanvar ayında bu tendensiya davam edib: "Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-"Çağrı mərkəzləri"nə müraciətlərin sayı əvvəlki dekabr ayı ilə müqayisədə 33,8 faiz azalaraq 15 279-a düşüb. Həmin müraciətlərin isə 96,5 faizi (14 743 müraciət) vətəndaşların aidiyyəti sahələrə dair sorğularından ibarət olub. Bu sorğuların hər biri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşların dolğun şəkildə cavablandırılması, hüquqi məlumatlandırılması təmin olunub. Qalan 536 müraciət isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülüb".

Əlavə olunur ki, yanvar ayında 142 və 190-"Çağrı mərkəzləri"nə daxil olan müraciətlərin 32,7 faizi sosial təminat, 5,7 faizi əmək qanunvericiliyi, 8,1 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub: "Həmçinin müraciətlərin 4,6 faizində məşğulluğun təminatı, 3,1 faizində fərdi uçotun təşkili, 13,2 faizində pensiya və müavinətlər, 9,4 faizində məcburi dövlət sosial sığortası məsələləri əksini tapıb. Əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən faydalanmağa böyük ictimai marağın daha bir göstəricisi kimi, 142 və 190-"Çağrı mərkəzləri"nə müraciətlərin 16,1 faizini həmin e-xidmətlərdən istifadə ilə bağlı müraciətlər təşkil edib".

"Ötən ay müraciətlərin 7,1 faizində avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Bu sahə ilə bağlı əvvəlki dekabr ayına nisbətən 8 faiz çox müraciət daxil olub. Yanvar ayı ərzində "Çağrı mərkəzləri" vasitəsi ilə 126 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb ki, bu da dekabr ayı ilə müqayisədə 23,5 % çoxdur" — nazirlik bildirir.

Xəbər lenti
0