Bakıda avtobuslar

"Bütün avtobuslar dövlət nəzarətinə keçməlidir"

201
Mais Ağayev: "Təkcə bu faktın özü onu göstərir ki, bütün sərnişin daşıyan avtobuslar sahibkarlardan alınmalıdır"

BAKI, 1 fev — Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar olaraq rəsmi qurumlar şəhər sakinlərinə müraciət ediblər ki, vətəndaşlar şəxsi avtomobillərindən istifadə etməsinlər və yalnız ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. Bir çox vətəndaşlar buna riayət edərək şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə ediblər. Amma axşam saatlarında evə geri dönən sakinlər böyük problemlə üzləşiblər. Belə ki, avtobus dayanacaqlarında saatlarla avtobus gözləməli olublar. Bəziləri hətta piyada və ya taksi ilə evlərinə dönüblər.

Bakıda qar kollapsı: şəhər iflic olub
© Sputnik / Kamilla Əliyeva
  

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yaranmış problemlə bağlı Sputnik Azərbaycan-a açıqlama verib:

"Dünən günorta Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara ciddi şəkildə xəbərdarlıq edib ki, xüsusən şaxtalı və qarlı günlərdə axşam saatlarında sərnişinlər yollarda çox qalmasın deyə süni şəkildə intervalı artırmasınlar və vaxtından əvvəl xəttdən çıxmasınlar. Başqa günlərə baxanda qarlı günlərdə daha çox çalışmalıyıq. Axı biz xidmət göstəririk. Bizim üzərimizə düşən məsuliyyət var".

Mais Ağayev onu da qeyd edib ki, "Baku Bus"-dan başqa digər özəl xidmət göstərən avtobuslar dünən axşam saatarında vaxtından tez xəttdən çıxıblar: "Bizdə hər bir avtobusa GPS quraşdırılıb. Bunun vasitəsilə biz xəttdə olan və xəttdən çıxan bütün avtobusları mərkəzdən izləyə bilirik".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, təkcə bu faktın özü onu göstərir ki, bütün sərnişin daşıyan avtobuslar sahibkarlardan alınmalıdır: "Əks halda belə problemlər baş verəcək. Köklü dəyişiklik etmək istəyiriksə, mütləq şəkildə avtobuslar dövlət nəzarətinə keçməlidir. Ya da sahibkarlar öz üzərilərinə düşən sosial məsuliyyəti anlayıb bu məsələyə daha ciddi yanaşmalıdılar".

201
Teqlər:
Baku Bus, Mais Ağayev, Bakı Nəqliyyat Agentliyi, GPS, qar, avtobus
Əlaqədar
Avtobuslar üçün ayrılmış xüsusi zolaqlar tıxac problemini həll edəcəkmi?
Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8