Dənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər

İtkin düşən neftçilərdən birinin meyiti tapıldı

56
(Yenilənib 18:15 01.02.2017)
Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb

BAKI, 1 fev — Sputnik. Xəzər dənizində tapılan meyitin kimə məxsus olduğu müəyyən edilib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri — operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.
Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

56
Teqlər:
Xəzər dənizi, neftçi, meyit
Əlaqədar
SOCAR qəzada həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə maddi yardım göstərib
İtkin neftçilərin axtarışına əlavə qüvvə cəlb edilib
İtkin düşən neftçilərin axtarışı davam edir
Qərargah: Neftçilərin axtarışı fasiləsiz davam etdirilir
İtkin düşmüş neftçilərlə bağlı yeni xəbər var
İtkin düşmüş neftçilərdən hələ də xəbər yoxdur