Qəbələdə qar

Şimal-qərb bölgəsinə yarım metrədək qar yağıb

6823
(Yenilənib 17:59 01.02.2017)
Vəziyyətlə əlaqədar dünən gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 1 fev — Sputnik. Son iki gün ərzində respublikanın şimal-qərb bölgəsinə, o cümlədən Qəbələ rayonuna güclü qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərində qarın qalınlığı 25-30 sm, dağlıq kəndlərdə isə 50 sm-dək olub.

Hazırda da qar yağması davam edir. Vəziyyətlə əlaqədar dünən gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb. 11 saylı Yol İstismar İdarəsi tərəfindən küçələrin qardan təmizlənməsi davam edir.

İdarənin rəisi Naməddin Qədirovun sözlərinə görə, balanslarında olan bütün texnika yolların təmizlənməsi işinə təhkim olunub: "Rayonun Laza, Durca, Qəmərvan və digər dağətəyi kəndlərinə gedən yollar qardan təmizlənib və hazırda da proses davam edir. Şəhərdaxili və magistral yollarda hec bir problem yoxdur, yollar qardan təmizlənib və mütəmadi olaraq yollara nəzarət olunur".

Qeyd edək ki, Qəbələ 11 saylı Yol İstismar İdarəsinin balansında 84 km Respublika əhəmiyyətli, 234 km isə yerli əhəmiyyətli yol var.

6823
Teqlər:
təmizlən, Respublika, texnika, Qəbələ, yol, qar
Əlaqədar
Bakıda qar kollapsı: şəhər iflic olub
Sabaha olan hava proqnozu: Qar, külək
Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq
Qarlı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq
Qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi