Sosial şəbəkə istifadəçisi

Sosial şəbəkədə qorxulu tendensiya

320
(Yenilənib 17:03 31.01.2017)
Mütəxəssislər bu prosesin qarşısını almağı qeyri-mümkün hesab edirlər

BAKI, 31 yan — Sputnik. Sosial şəbəkələr insanların, sadəcə sevinc hisslərini paylaşdığı məkan deyil. Burada virtual dostlar həm də sıxıntılı anlarını bölüşürlər. Bəzən mənəvi, bəzən də real dəstək qazanırlar.

Lakin bəzi hallarda, sosial şəbəkələrdə paylaşılan statuslar, foto və videolar həddən artıq aqressiv xarakterli olur və digər istifadəçilərə mənfi enerji ötürür. Xüsusilə sosial problemlərin qabardığı dönəmdə bu cür aqressiya aşılayan paylaşımların olması mütəxəssisləri narahat edir.

Problemi Sputnik Azərbaycan-a şərh edən psixoloq Ramil Nəcəfli bu sahədə araşdırma apardığını deyir: "Əksər hallarda mənfi yüklü statuslar, şəkilləri paylaşan istifadəçilər həyatda tamam fərqli insanlardır. Sadəcə, belə paylaşımlar etməklə özlərini tanıtmaq, diqqət cəlb etmək istəyirlər".

"Məsələn, dəfələrlə şahidi olmuşam ki, dini şəkillər və hədislər paylaşan insanların real həyatda dinlə heç bir əlaqələri yoxdur. Sadəcə paylaşımları vasitəsilə cəmiyyətdə özlərinə imic yaratmaq istəyirlər" — mütəxəssis bildirir.

Psixoloqun sözlərinə görə, virtual dostlarına mənfi enerji ötürən insanların əksəriyyəti bunu bilərəkdən etmir: "Belə insanlar məqsədyönlü halda bu addımı atmırlar, düşüncəsizlikdən belə edirlər. Nəticə etibarilə ətrafındakılara depressiv fikirlər aşılayırlar".

R. Nəcəfliyə görə, belə neqativ mesajlar insanda şüuraltı problemlər meydana çıxarır: "Ona görə də neqativ hallardan uzaq durmaq lazımdır. Həmçinin belə halların qarşısını almaq üçün təbliğat işləri aparmaq lazımdır. Ən önəmlisi, insanlar yanaşma tərzlərini dəyişməlidirlər".

Sosial şəbəkələrin zərəri
© Karikatura
Sosial şəbəkələrin zərəri

Psixoloq Şükran Dədəyev də sözügedən problemin insan psixologiyasında mənfi iz buraxdığı qənaətindədir: "Amma sosial şəbəkələrdə belə şərait yaradılıb ki, insanlar mənəvi və psixoloji cəhətdən rahat formada öz istədikləri fikirləri ortaya atsınlar. Yəni hamı başa düşür ki, bu, sosial şəbəkədir və hər kəs hər mövzuda fikir bildirə bilər".

"Təbii ki, mənfi yüklü, aqressiv tonlu paylaşımlar insanlara xoş hisslər aşılamır. Əsasən də yeniyetmələrə, uşaqlara və həssas insanlara təsir edir. Amma, heç kimə qadağa qoymaq olmaz ki, mənfi yüklü status paylaşmasın. Sosial şəbəkələr, məhz hər kəsin istədiyini rahat şəkildə yazması üçün nəzərdə tutulub" — Dədəyev bildirib.

O, bu prosesin qarşısını almağı qeyri-mümkün hesab edir: "Sosial şəbəkələrdə bunun qarşısı alınsa, başqa sistemə axın olacaq və orada insanlar istədiklərini yenidən ifadə edəcəklər. Yaxşı olar ki, insanlar bu sahədə maarifləndirilsin".

Sosial-psixoloq Əhəd Kazım da vəziyyətdən çıxış yolu kimi maarifləndirməni görür: "İnsanlar müxtəlif tiplərə bölünürlər. Bəziləri aqressivdir, bəziləri isə sakit təbiətli. Sosial şəbəkələrdə neqativ yüklü status və paylaşımların olması güclü iradəyə malik insanlara təsir etmir. Amma iradəsi zəif olan insanlara təsir edə bilər".

"Depressiyada olan, psixoloji zəif olan insanlar bu cür mənfi təsirlərə düşürlər. Amma heç kim insanlara sosial şəbəkələrdə nəyisə paylaşmağı qadağan edə bilməz. Yalnız psixoloqlar maarifləndirici layihələr həyata keçirməlidirlər ki, proses daha gərgin fazaya keçməsin" — Kazım vurğulayıb.

320
Teqlər:
paylaşım, virtual, mənfi, aqressiya, dost, foto, video, sevinc, status, psixoloq, sosial şəbəkə
Əlaqədar
Artıq kimsə sosial şəbəkədə dövlət başçısını təhqir edə bilməyəcək
Sputnik Azərbaycan olimpiyaçılarımıza sosial şəbəkələrdə dəstək oldu
Sosial şəbəkədə rekord qıran siçovul
"Microsoft" şirkəti məşhur sosial şəbəkəni aldı
Sosial şəbəkə istifadəçilərinin başı dərddə
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə çağırış etdi
Sosial şəbəkə istifadəçiləri, diqqət: ermənilər parollarımızı sındırmağa başlayıblar
"Sosial şəbəkələrdə aparılan qaralama kampaniyasını dayandıraq!"
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

13
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

13
Şüşə qırıntısı, arxiv şəkli

Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

5
(Yenilənib 23:16 11.04.2021)
Ağstafa rayonunun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb.

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına əsasən, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

5