CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəravtoyol"dan sürücülərə müraciət

© Photo : azeravtoyol.gov.azQar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib
Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətini təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmamağa çağırıb

BAKI, 31 yan — Sputnik. Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi hazırlıq vəziyyətinə gətirilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb. Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki heç bir avtomobil yolunda avtomobillərin hərəkəti üçün problem yoxdur.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətini təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmamağa çağırıb.

 

 

Xəbər lenti
0