Naftalan rayonunda samovar formasında çay evi

Azərbaycanda 16 metr hündürlüyündə samovar

4986
(Yenilənib 12:32 29.01.2017)
Burada hər il Xocalı şəhidlərinin xatirəsinə ehsan verilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 yan — Sputnik. Azərbaycanın Naftalan şəhərində qeyri-adi çay evi var. Buranın qeyri-adiliyinə səbəb isə çay evinin böyük samovar formasında olmasıdır.

Samovarın ayaqları 3 mərtəbəli çay evinin birinci mərtəbəsini təşkil edir. Tikilinin eyvanları qulp, damı isə dəmkeş formasındadır. Binaya giriş mərkəzdə quraşdırılan dairəvi pilləkənlərlə mümkündür.

Samovar çay evinin interyeri
© Sputnik / Ilham Mustafa
Samovar çay evinin interyeri

Buranın qəribəliklərindən biri də odur ki, layihəni hazırlayan memar binanın hündürlüyünü 16 metr yox, məhz 15 metr 99 sm ölçüsündə müəyyənləşdirib. Samovar çay evi Naftalana gələn yerli və xarici turistlərin ən çox baş çəkdikləri məkanlardandır.

İnşasına 1989-cu ildə dövlət müəssisəsi kimi başlayan obyektin bünövrəsi hazır olduqdan sonra tikintisinə ara verilib. Binanı hazırlayıb başa çatdırmağı şəhər sakini Ərəstun Əliyev öz üzərinə götürüb. Üç ilə hazır olan çay evi, 1992-ci ildən fəaliyyətə başlayıb.

Ə. Əliyev 2005-ci ildə dünyasını dəyişdikdən sonra oğlanları Toğrul və Tural çay evinin fəaliyyətini dayandırmasına imkan verməyiblər. Tural Əliyev atasının binaya və ərafındakı bağın salınmasına çox əziyyət çəkdiyini, fəhlə kimi qolunu çirməyib tikintidə iştirak etdiyini deyir. Hələ sağlığında Ərəstun Əliyev "evimin satılmasına razıyam, amma buranın yox" deyərmiş. Bu səbəbdəndə oğlanları atalarının ruhu şad olsun deyə tikilini bir yadigar, bir miras olaraq qoruyub saxlayırlar.

Qədim samovar
© Sputnik / Ilham Mustafa
Qədim samovar

"Kimsə bizə buranın satılmasını təklif edərsə, özümüzü təhqir olunmuş hesab edərik" — deyir Tural.

Onun sözlərinə görə, tikilinin bağında 54 ədəd xan çinar, 28 ədəd şam ağacı var: "Onların hər birini atam öz əlləri ilə əkib, becərib, əziyyətlə suvarıb əmələ gətirib. Onda biz qardaşımla balaca idik. Naftalanda suvarmada problemlər vardı, su tapılmırdı. İki qardaş, hərəmiz su qablarının bir qulpundan tutub su daşıyar, atamıza kömək edərdik" — Tural fikrini davam etdirir.

© Sputnik / Ilham Mustafa
Azərbaycanda 16 metr hündürlüyündə samovar

Ərəstun Əliyev dünyadan köçsə də, ondan qalan ənənəni oğlanları bu gün də davam etdirirlər. T. Əliyevin sözlərinə görə, bu yaxınlaradək Naftalanda Xocalıdan olan məcburi köçkünlər məskunlaşıblarmış: "Atam hər il fevralın 26-da Xocalı soyqırımının ildönümündə burada ehsan verərdi. O, hazırda haqq dünyasında olsa da, bu ənənəni indi biz davam etdiririk".

4986
Teqlər:
Toğrul Əliyev, Tural Əliyev, Ərəstun Əliyev, mərtəbə, samovar, qeyri-adi, tikili, Naftalan, çay evi, su, Xocalı, bağ, bina, Azərbaycan
Əlaqədar
Eyfel qülləsinin "əkizini" yaradan azərbaycanlı
Onlar bütün Azərbaycana bir kənddən yayılıblar
Azərbaycanda möcüzəvi şəfa ocağı: hamı oraya axışır
Bura Azərbaycanın daş yaddaşıdır
Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

38
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

38

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

22
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

22
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO