CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həccə ziyarətinə sənəd qəbulu başlayıb

© AFP 2023 / MOHAMMED AL-SHAIKHHəcc ziyarəti
Həcc ziyarəti - Sputnik Azərbaycan
Abunə olmaq
Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir

BAKI, 26 yan — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb. İdarənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.

Həcc ziyarəti - Sputnik Azərbaycan
Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları (7300 manat) təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

QMİ vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu, yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır. Ətraflı məlumat üçün suallarınızı QMİ-nin saytının müvafiq "sual ver" bölməsindən göndərə bilərsiniz.

Xəbər lenti
0