Kənd uşaqları

Deputat: "Uşaqlara qarşı təcavüz halları artıb"

502
(Yenilənib 16:30 25.01.2017)
"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

BAKI, 25 yan — Sputnik. Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda 2016-cı ilin payız sessiyasında görülən işlər, 2017-ci ilin yaz sessiyasında qanunvericilik işləri planı müzakirə edilib.

Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, yaz sessiyasında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq: "Layihənin hazırlanması sosial sifarişdir və bununla bağlı artıq işlər yekunlaşıb. Hazırda buna dair hökumətin qərarı gözlənilir".

O, qeyd edib ki, son zamanlar yeniyetmələr arasında intihar hallarının artması narahatedicidir: "Uşaqlara qarşı təcavüz hallarının artması da günün mövzusudur. Yaxud da uşaqların qəyyumluq məsələsi bu gün problemə çevrilib. Misal olaraq, komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4-5 müraciət olub. Deyirlər ki, "körpəni 1 yaşı olarkən uşaq evində seçmişik, lakin bu gün onun 4 yaşı var, amma hələ də onu qəyyumluğa götürə bilmirik". Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar var və nəticədə sadalanan problemlər meydana çıxır".

İclasda payız sessiyasında görülən işlər qənaətbəxş hesab edilib, iş planı təsdiqlənib.

502
Teqlər:
komitə, yeniyetmə, sessiya, problem, qadın, uşaq
Əlaqədar
Uşaqları sevmədiyi işlə məşğul olmağa zorlamayın
Valideynlər uşaqlarını nəyə görə döyürlər?
Körpə uşaq iti gəmirdi
30 yaşdan sonra uşaq dünyaya gətirmək təhlükəlidir
Prezident Uşaq Bərpa Mərkəzinin açılışında iştirak edib
Üç yaşlı uşaq evdə yanaraq öldü