Sebel Cəfərova

Direktorun təcavüz etdiyi qız: "Meyvə şirəsinə yuxu dərmanı qatıbmış..."

4576
(Yenilənib 10:58 17.04.2017)
"Yoldaşım mənə deyir ki, bar fahişəsi idin, səni arvad elədim..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 yan — Sputnik. Həyat çox təzadlıdır. Elə insanlar var ki, dünyaya övlad gətirə bilmək üçün hər şey edir, illərlə müalicə alır, doğulmayan körpəsi üçün hər cür şərait yaradırlar. Elə insanlar da var ki, dünyaya övlad gətirsə də, ona sahib çıxa bilmir, uşağından imtina edir, onu küçəyə atırlar. Dövlət bu uşaqlara sahib çıxsa da, valideyn qayğısı, sevgisi görmədən böyüyən körpələrin həyatda normal insan kimi formalaşa bilməsi çox zaman mümkün olmur. İnternat məktəbini bitirən qızlar yeni həyata alışa bilmirlər. Ana qayğısı, öyüd-nəsihəti almadıqları üçün yalnış yollara düşürlər.

Sebel də valideyn qayğısından məhrum olan belə uşaqlardan olub. Bəlkə elə buna görə də, o, həyatını düzgün qura bilməyib. Tərk edilib, aldanıb, sevib, sevilib, ana olub, uduzub… Az yaşında çox şey yaşayıb, həyatın tərs üzünü görüb.

Sebel Cəfərova 1994-cü ildə Bakıda doğulub. Anası rus, atası azərbaycanlı olan Sebelin həyatı elə əvvəldən gətirməyib, üzü gülməyib. Atası ilə anası ayrıldığı üçün, körpə Sebeli ana nənəsi ata nənəsinə verir: "Ata nənəm yaşlı olduğu üçün mənə baxa bilmirmiş. Həm də xərçəng xəstəsi olub. 5 yaşım olanda məni körpələr evinə verib. Müxtəlif uşaq evlərində olmuşam. 9-cu sinifi bitirdikdən sonra mənə baxan müəlliməm məni himayəsinə götürdü. Bir müddət onun evində qaldım. Sonsuz qadın olduğu üçün məni himayəsinə götürmüşdü. Onun öz evi deyildi, bacısının evində qalırdı. Mənim o evdə olmağım söz-söhbətə səbəb olduğu üçün evdən qaçdım".

Daha sonra internat məktəbinə yerləşdirilən Sebel, orada həyatının ən böyük zərbələrindən birini aldığını — 12 yaşında internat məktəbinin direktorunun təcavüzünə uğradığını deyir (Bu hadisədən sonra direktor işdən çıxarıldığı üçün, həmin internat məktəbinin və sözügedən direktorun adını qeyd etmirik — red.): "Uşaq evində vəziyyət elədir ki, dərdini deməyə heç kimin olmur. Stressdə idim. Mən astma xəstəliyindən əziyyət çəkirəm. Həmin gün də astmam tutmuşdu. Direktor yuxu dərmanını meyvə şirəsinə qarışdırıb mənə veribmiş. Xəbərim olmayıb. Səhər ayıldım ki, artıq bakirəliyim pozulub. Bütün həyatım məhv oldu. Yemək yeyə bilmirdim, insanlara nifrət edirdim. Sonradan direktorla bir dəfə də münasibətim oldu. Amma bu dəfə könüllü bir yerə olduq. Qadın olandan sonra bədən dəyişir, tələbat yaranır".

Sebel məktəbi bitirdikdən sonra kafelərdə işləməyə başlayır. Kafedə işləməklə yanaşı, axşamlar müğənnilik də edir. Deyir ki, aya 200-300 manat qazancı olurmuş. Həmin dövrdə çalışdığı kafedə də gecələyirmiş.

Sebelin ilk sevgisi də elə işlədiyi kafedə başlayır. Müdirinə aşiq olur və bir müddət onunla bir yerdə yaşayır: "Sevirdim onu. 34 yaşı vardı. Amma ailəsi biləndən sonra özüm ayrıldım. İstəmədim ki, mənə görə başqa bir qadın bədbəxt olsun. Amma ürəyimdə qalmışdı. Ara-sıra zəngləşirdik. Bu həyat məni yormuşdu. İstəyirdim ki, başımın üstündə daimi biri olsun".

5 yaşı olanda Sebeli körpələr evinə veriblər
© Sputnik / Irade JELIL
5 yaşı olanda Sebeli körpələr evinə veriblər

Qadının gələcək taleyi də xoş olmayıb. Heç bu gün də xoşbəxt deyil: "Kafelərdə işləyirdim. Gah ofisiant işlədim, gah müğənnilik elədim, gah da model oldum. Bir müddət beləcə keçdi. Həyatımın tam bitdiyini düşündüyüm yerdə indiki yoldaşımla tanış oldum".

"2012-ci il dekabrın 31-i idi. O, qarşıma çıxdı. Baxmayaraq ki, aramızda yaş fərqi çox idi, mən onun təklifi ilə razılaşdım. Məcbur idim. Başımın üstündə birisinin olması üçün bu münasibətə razılaşmağa məcbur idim. Əvvəllər mənə çox yaxşı baxırdı. Onu sevməsəm də, mənə ailə lazım idi. Hamilə qalanda özümü dünyanın ən xoşbəxti hiss edirdim. Ana olmaq ən böyük arzum idi. Yoldaşım da sevinirdi. Deyirdi ki, "səni sevirəm, istəyirəm səndən uşağım olsun" — deyir qadın.

Amma uşaq doğulandan sonra Sebel daha böyük problemlərlə qarşılaşır. Həyat yoldaşı "Bar fahişəsi idin, səni arvad elədim" deyərək dəfələrlə təhqir edir: "Ailə qurandan sonra cəmi bircə dəfə keçmiş sevgilimlə görüşmüşdüm. Çünki onu unuda bilmirdim. Yoldaşım isə məni döyür, təhqir edirdi. Hər dəfə deyirdi ki, "o, sənin üçün nə edib ki, onu sevirsən, məni yox?".

Sebel dəfələrlə "həyat yoldaşım" dediyi şəxsdən ayrılmaq istəsə də, bacarmayıb. Sonra ikinci övladına hamilə qalıb: "Düzdür, sevmirəm bu adamı. Amma o, məndən əl çəkmir. İkinci övlad da istəmirdim, bilmədən hamilə qalmışdım. Abort üçün pulum da yox idi. Məcbur olub dünyaya gətirdim. Uşaqların atası uşaqlarına bir gün baxır, 10 gün baxmır. Heç nə də deyə bilmirəm, adam evlidir. Öz ailəsi, öz həyatı var. Uşaqlara heç adını-soyadını da verməyib. Bilmirəm gələcəyimiz necə olacaq. İşləmək istəyirəm, amma uşaqlarıma baxan yoxdur. İki oğlum var. Gələcəyim isə sual altındadır". 

Hazırda Sebel iki uşağı ilə tək yaşayır. Heç bir yerdə işləməyən qadın uşaqlarını dost-tanışın etdiyi yardımlarla saxlayır. Maddi çətinlik ucbatından səhhətindəki problemlər dərinləşib, tez-tez xəstələnir. Elə həyatını mənə danışanda da ayaq üstə güclə dururdu…

O, yaşıdlarına və özündən kiçiklərə məsləhət də verir: "İstəmirəm, heç bir gənc mənim taleyimi yaşasın. Həyat çox qısadır. İnsanlar əllərindəki şanslardan istifadə etsinlər. Heç kimin sabahı sığortalanmayıb. Başqalarının həyatına baxıb, öz həyatlarına şükür etsinlər".

Qeyd edək ki, Sebel Cəfərova "Evrovision 2013"ün seçim turunun iştirakçılarından olub.

P.S. Yazı hazır olanda xəbər tutduq ki, Sebel xəstəxanaya yerləşdirilib. Həkimlər onun immun sisteminin həddən artıq zəiflədiyini və onun hələ bir müddət xəstəxanada qalmalı olacağını bildirirlər.

4576
Teqlər:
Sebel Cəfərova, fahişə, sevgi, kişi, kafe, ailə, həyat, ana, ata, təcavüz, qadın, ev, uşaq
Əlaqədar
Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"
"Mənə elə bir iftira atdılar ki..."
Həyatını uduzan qadın...
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

0
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

0
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

10
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

10
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

0
(Yenilənib 19:45 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

0