CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adam öldürüb başqa ölkəyə qaçmaq istədi

CC0 / Brett_Hondow / knifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkirdə sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutulub

BAKI, 22 yan — Sputnik. Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomaşınını qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Şəmkir rayon Polis şöbəsindən Report-a verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" Gömrük Məntəqəsində saxlanılıb.

E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovan aldığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xəbər lenti
0