Новорожденный, фото из архива

Ötən il körpələrə ən çox bu adlar qoyulub

668
(Yenilənib 22:21 21.01.2017)
2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub

BAKI, 21 yan — Sputnik. Azərbaycanda ötən il (2016-cı ildə) doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.

Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub. 2011-ci ildə 4170, ötən il isə 3398 körpəyə Yusif adı verilib. Ümumillikdə isə 2013-cü ildən sonra bu il də daxil olmaqla 17 minə yaxın körpəyə Yusif adı qoyulub.

2011-ci ildən 2017-ci ilə kimi oğlanlara verilən adların siyahısında Yusifdən sonra Əli, Hüseyn adları yer alıb.

2011-ci ildən 2017-ci ilə kimi qızlara verilən adlar arasında Zəhra ilk sıradadır. Qızlara qoyulan adların siyahısında ilk yerləri Zəhradan sonra Nuray və Fatimə adları bölüşüb. 

2011-ci ildə 3756, ötən il isə 3008 qıza Zəhra adı verilib. Son beş ildə 16 minə yaxın qız uşağına Zəhra, 10904-nə Nuray, 10549-na Fatimə adı verilib.

Ötən il körpələrə çox verilən adlar arasında Aylin (1667, son beş ildə 7657), Zeynəb (1863, son beş ildə 7655), Ömər (1752, son beş ildə 7366), Ayan (1354, son beş ildə 7299), Məhəmməd (1438, son beş ildə 6743) kimi adlar olub.

Bundan başqa,  ötən il oğlanlara verilən adlar arasında Murad, Tunar, Uğur, Ayxan, İbrahim, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, İsmayıl, Fərid, Ramal, Nihat, Amin, Raul, Tuncay, Sadiq, Nicat, qız uşaqlarına verilən adlar arasında isə Məryəm, Mələk, Ayan, Mədinə, Dəniz, Xədicə, Leyla, Səma, Gülay, Fidan, İnci, Banu, Yağmur, Nəzrin, Damla, Aysu, Ayla, Əsma, Nur, Aydan, Nərgiz, Nazlı, Nigar, Nilay, Ləman kimi adlar üstünlük təşkil edib.

Bu il doğulan körpələrə qoyulan adlar arasında da Yusif (29) və Zəhra (17) adları liderdir.  

668
İnsanlar su üçün növbəyə dayanıblar, arxiv şəkli

sayğac var, standart ya su qıtlığına dair izahat

0
(Yenilənib 20:23 25.09.2020)
"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir.

A.Cəbrayıllı bildirib ki, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər.

"Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazilərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. "Azərsu" ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik", - deyən mətbuat katibi bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini vurğulayıb.

"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur", - deyə o əlavə edib.

0
Teqlər:
Anar Cəbrayıllı, "Azərsu" ASC, su sayğacları, sayğac, magistral su xətti, susuzluq, susuz, su
Məktəblilər, arxiv şəkli

Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab

1
(Yenilənib 19:44 25.09.2020)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur.

BAKI, 25 sentyabr — Sputnik. "Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur:

"İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

1
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, yoluxma, şagird, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Nazirliyin əməkdaşı koronavirusdan öldü
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq