20 Yanvar - Şəhidlik zirvəsi mövzusunda konfrans keçirilib

"20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib

46
(Yenilənib 17:22 19.01.2017)
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini: "Şəhidlər üçün məzarlar qazılanda biz onları yumadan, öz geyimləri ilə dəfn etmək istəyirdik"

BAKI, 19 yan – Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar — Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib. 

Sputnik Azərbaycan məlumat verir ki, konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, ölkəmizdəki dini konfessiya rəhbərləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, eləcə də dini təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan himninin səslənməsi ilə başlayıb. Daha sonra 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla anılıb. 

Konfransda çıxış edən Dövlət müşaviri Kamal Abdulla 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan danışıb: “20 Yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələri şəhid oldu. Bu da Azərbaycan xalqının mübarizəsini əks etdirir. Ulu öndər Heydər Əliyev 20 Yanvar hadisəsindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında bu qanlı hadisəni qətliam adlandırdı. Bu da böyük tarixi bir addım idi”. 

Daha sonra söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya verilib. O bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunub: “Bu qətliama əsl qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq, ölkəmizin haqq səsini müdafiə etdi. 20 Yanvardan sonra Azərbaycan xalqının ictimai şüurunda da böyük dəyişiklik baş verdi. Xalqımız milli-azadlıq hərəkatına başladı. 20 Yanvar şəhidlərinin qanı hədər getmədi. Onlar Azərbaycan xalqı üçün qanlarından, canlarından keçdilər”. 

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
    © Sputnik / Irade JELIL
  • 20 Yanvar - Şəhidlik zirvəsi mövzusunda konfrans keçirilib
    "20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
    © Sputnik / Irade JELIL
  • Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev
    Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev
    © Sputnik / Irade JELIL
  • 20 Yanvar - Şəhidlik zirvəsi mövzusunda konfrans keçirilib
    "20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
    © Sputnik / Irade JELIL
  • 20 Yanvar - Şəhidlik zirvəsi mövzusunda konfrans keçirilib
    "20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
    © Sputnik / Irade JELIL
  • Dövlət müşaviri Kamal Abdulla
    Dövlət müşaviri Kamal Abdulla
    © Sputnik / Irade JELIL
  • 20 Yanvar - Şəhidlik zirvəsi mövzusunda konfrans keçirilib
    "20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışı zamanı dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib: “Şəhid olmaq yenidən dünyaya gəlmək, yenidən yaşamaqdır. Qəhrəmanlar ölümün gözünə baxaraq hər gün yenidən dünyaya gəlirlər. Mən düşünürəm ki, müstəqil Azərbaycan mövcud olduğu qədər, şəhidlərimiz də yaşayacaq”. 

Daha sonra Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Konstantin çıxış edərək 20 Yanvar hadisələrinin müstəqil Azərbaycanın tarixində oynadığı roldan danışıblar.  

Şəhid Fəxrəddin Qurbanlı
© Photo : Qurbanovlar ailəsinin arxivi

Konfransın sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxış edərək 20 Yanvarda yaşanılan hadisələri bir daha xatırladıb: “O zaman şəhidlər üçün məzarlar qazılanda biz onları yumadan, öz geyimləri ilə dəfn etmək istəyirdik. Çünki Şəhidlər öz geyimləri ilə dəfn edilməlidir. Amma həmin dövrdə buna xalq icazə vermədi. İlham dəfn ediləndən 3 gün sonra həyat yoldaşı Fərizə də intihar etdi. Biz onu İlhamın qəbrini ikiyə bölərək yanında dəfn etdik. Çox ağır günlər yaşadıq. Bu hadisələrin şahidi kimi deyə bilərəm ki, şəhidlik ən uca zirvədir. Onlar Azərbaycanın azadlığı üçün qanlarından, canlarından keçdilər. Onlar ölmədilər, Haqqa ucaldılar”.

Konfransın sonunda şəhidlərin ruhuna dua oxunub.

46