Zaqatala rayonunun Əliabad qəsəbəsi

Yüz illər boyu missionerlərin hədəfində olan Azərbaycan kəndi

7069
(Yenilənib 10:07 19.01.2017)
Bu qəsəbənin sakinləri arasında gizli şəkildə xristianlaşdırma və gürcüləşdirmə təbliğatı aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 yan — Sputnik. Gürcüstan və digər xristian ölkələrindən gələn missionerlər, Zaqatala rayonunun Əliabad qəsəbəsində zaman-zaman narazılıqlara yol açıblar. Onların xüsusilə cavan qəsəbə sakinləri arasında milli və dini zəmində ayrı-seçkilik təbliğatı aparmaları əhalinin narahatlığına səbəb olub.

Xatırlayırsınızsa, bir müddət əvvəl Əliabadda "Xristian-Baptist" dini icmasının qanunsuz təbliği ilə məşğul olan şəxslər tutularaq ölkədən deportasiya edilmişdilər. Onların məskunlaşdıqları mənzildə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində küllü miqdarda qadağan olunmuş dini ədəbiyyat və video-kasetlər aşkarlanmışdı.

Hələ sovet dövründə Gürcüstan rəsmiləri təhsil vermək adı ilə Əliabad gənclərini Tbilisidə yerləşən ali məktəblərə asan metodlarla qəbul edir, onlar arasında təbliğat aparırdılar ki, "siz zorla öz dinindən döndərilərək müsəlmanlaşdırılmış gürcülərsiniz və öz dininizə (xristianlığa) dönməli, gürcü dilində təhsil tələb etməlisiniz". Nəticədə bu kənddə xeyli gənc xristianlığı qəbul etdi və zaman-zaman yerli hakimiyyət orqanlarını onların şəxsiyyətini təsdiq edən sənədlərdə milliyyətini "gürcü" kimi qeyd etməyə məcbur oldu.

  • Zaqatala rayonunun Əliabad qəsəbəsi
    Zaqatala rayonunun Əliabad qəsəbəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Əliabad qəsəbəsi
    Zaqatala rayonunun Əliabad qəsəbəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Əliabad qəsəbəsi
    Zaqatala rayonunun Əliabad qəsəbəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Əliabad qəsəbəsi
    Zaqatala rayonunun Əliabad qəsəbəsi
    © Sputnik / Shahperi Abbasova
1 / 4
© Sputnik / Shahperi Abbasova
Zaqatala rayonunun Əliabad qəsəbəsi

Bu siyasət hazırda da davam edir. Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, əliabadlı gənclər arasında gizli şəkildə xristianlaşdırma və gürcüləşdirmə prosesi gedir.

Bəs əslində bu kəndinin sakinlərinin etnik mənşəyi hara gedib çıxır? Sputnik Azərbaycan-a danışan Zaqatala sakini, tarixçi Ramiz Şabanovun sözlərinə görə, Əliabad qəsəbəsində yaşayan əhali qədim Albaniyada yaşayan 26 etnosdan biri olan gellərin bugünkü davamçıladır.

"İngiloyların müxtəlif versiyaları var. Uzun müddət belə fikirləşiblər ki, bu gellər ingiloyların yolu ilə gedənlərdir. Bunlar gürcü millətçilərinin versiyaları idi. Amma son vaxtlar elm sübut edib ki, ingiloylar həmin gellərin (Yenisey gelləri) davamçılarıdır. Bunu tarixçilər Qiyasəddin Qeybullayev və Şirin Vəliyev də öz əsərlərində sübut ediblər. Azərbaycan tarixinin formalaşmasında bu ərazidə yaşayan gellərin rolu böyükdür" — Şabanov bildirib.

Onun sözünə görə, tarixi yazılı mənbələrə əsasən, Əliabad kəndinin 2500 il yaşı var: "Alazan çayının sol sahilində yerləşir. Kəndin adı "Aliabad" sözündən yaranıb. Əliabad əhalisi ingiloy (hazırda bu dil gürcü dilinə uyğunlaşdırılıb) dilində danışmalarına baxmayaraq, İslam dininə sitayiş edirlər. Hətta sovet dövründə ölkədə dini təbliğatın zəiflədiyi vaxtda Əliabad əhalisi məscidlərdə ibadətlərini yerinə yetirməyə davam ediblər".

Həmsöhbətimiz əlavə edir ki, qədim Alban dövlətinin dağılması nəticəsində gürcülərin bu əraziyə aramsız hücumları başlayıb: "Xüsusilə "Qurucu" Davidin (IV David) dövründə bu proses gedib. Nəticədə Əliabad ərazisi gürcülərin nəzarəti altına düşüb. İnzibati mərkəzi Əliabadın ərazisində yerləşən Zəyəm şəhəri 1615-ci ildə Kaxetiyanın ərazisinə daxil edilib. 1617-ci ilə kimi bu əraziyə gürcü dilinin yeridilməsi prosesi aparıldı".

"Əslində mən buna "gürcüləşmə" deməzdim. Mədəniyyət, dil, etnosun özünü dərk etməsi, məişət və s. bunların hamısı yerini dəyişdikdə assimilyasiya adlanır. Gellər assimilyasiya olunmadı. İngiloyların dili gürcü dilinin şərq dialekti hesab olunur. Əslində mən bunu düzgün qəbul etmirəm. Gürcü dili fərqlidir. "Kitabi-Dədə Qorqud" dastanında və Orxon-Yenisey abidələrində işlədilən bir sıra sözlər var ki, onlar təkcə ingiloyun dilində işlənir, başqa dillərdə yoxdur" — tarixçi bildirir.

"Məsələn, Dədə Qorqud deyir ki, "Yağı düşmən, nə qas-qas gülürsən?" "Qas-qas" dilimizdə qəhqəhə çəkib gülmək mənasındadır. Yaxud, "Yergülü ulağa, qabırğalı böyüyə" cümləsinin ikinci sözü Azərbaycan dilində işlənir, lakin birinci söz — yergülü sözü dilimizdə yoxdur. Yergülü — bənövşə deməkdir" — R. Şabanov əlavə edir.

O, gellərin qədim türk tayfası olduğuna diqqət çəkir: "Dədə Qorquddan bu yana həmin sözlər dilimizdə işlənməkdədir. Normal ciddi gürcü tarixçilərinin heç biri gelləri gürcü hesab etmir. Bəziləri VIII əsrdə, bəziləri isə XIV əsrdə bu dilin assimilyasiya olunduğunu söyləyirlər. Artıq etnoslar sadalananda bu gellər sadalanmır".

Qeyd edək ki, bu gün Əliabad qəsəbəsinin əhalisi ingiloy dilində danışsa da, türk adət-ənənələrini yaşadır. Əliabad kəndində 10 mindən artıq əhali var. Bu gün də əhalinin böyük əksəriyyəti İslam dininə sadiqdir.

7069
Teqlər:
Ramiz Şabanov, etnos, gel, gürcü, alban, Əliabad, Zaqatala, xristian, Gürcüstan, müsəlman, tarix, Azərbaycan, türk
Əlaqədar
Qışda unudulan kəndlər...
"Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, kəndli o torpağı niyə əkib-becərmir"
Onlar bütün Azərbaycana bir kənddən yayılıblar
Azərbaycanda kapitalizmdən bixəbər kənd: burada varlı ilə kasıb bir-birindən seçilmir
Bu kəndin əhalisi hökumətdən silah istəyir
Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Bu kənddə hər kəs milyonçudur
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Prezident İlham Əliyev, arxiv şəkli

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

11
(Yenilənib 21:06 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

11
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması