Televiziya proqramı

"Özlərini Youtube-da görəndə sarsılacaqlar"

484
Yerli telekanallarda yayımlanan sosial xarakterli verilişlərlə bağlı müzakirələr qızışır

BAKI, 18 yan — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, hələ də yerli telekanallarda ciddi problemlərin qaldığını deyib. O, "Azərbaycan" qəzetinə ünvanladığı məktubunda yazıb ki, əvvəlki illərlə müqayisədə efirimizdə şou xarakterli verilişlərin sayı azalıb, verilişlərin biçimində ciddi dəyişikliklər hiss olunur.

"Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir" — N. Məhərrəmli deyib.

Şura sədri konkret heç bir verilişin adını çəkməsə də, özəl telekanallardakı sosial mövzulu proqramları nəzərdə tutduğu anlaşılır. O bildirib ki, MTRŞ televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır: "Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atırlar. Yaxşı olar ki, insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər".

MTRŞ sədrinin fikirlərini Sputnik Azərbaycan-a şərh edən sosioloq Cavid Şahmalıyevin sözlərinə görə, həssas əhali qrupu ilə bağlı hazırlanan verilişlərdə sosial etikaya riayət olunmalıdır: "Əgər mövzu uşaqdırsa və ya hər hansı problemi olan əhali qrupudursa, həm o insanın özünə, həm də ona qarşı işlədilən ifadələrə həssas yanaşmaq lazımdır. Təəssüflər olsun ki, bizim telekanallarda, xüsusilə axşam saatlarında efirə gedən proqramlarda, çox zaman qaydalara riayət olunmur".

"Çünki aparıcılar, problemlərinin həlli üçün onlara müraciət edən insanlara elə xitab edirlər ki, o xitab qaydası davranış normalarına, etik qaydalara ziddir, yaddır. İfadələri seçərkən ittihamedici sözlərlə insanlara yanaşmaq olmaz. Günahkar insanın belə, ləyaqətlə rəftar olunmaq hüququ var. Fərqi yoxdur, günah onun özündən qaynaqlanır, ya qarşı tərəfdən, hər kəslə gərək ədalətli və ləyaqətli rəftar olunsun" — ekspert bildirib.

O, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında insanların gələcəyini ləkələməyi yolverilməz hesab edir: "Məsələn, bir çox hallarda uşaqlar o problemdən əziyyət çəkirlər. Bəzi telekanallar öz məqsədləri naminə onlardan istifadə edir, efirə çıxarırlar. Onları danışdırırlar, halbuki azyaşlı olduqları üçün o uşaqlar hərəkətlərini anlamlı etmirlər. Böyüyəndə özlərini Youtube kanallarında görəndə, bundan böyük sarsıntı keçirə bilərlər. Odur ki, həssas əhali qrupu ilə bağlı materiallar efirə verilərkən, insan hüquqları prinsipləri çərçivəsində davranmaq lazımdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iradı doğrudur və yerindədir".

Psixoloq Vəfa Rəşidova isə hesab edir ki, insanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı, müsbət yanları da çoxdur. "Bu mövzuya birmənalı fikir bildirməyi doğru saymıram. İnsanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı müsbət yanları da çoxdur" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

"Əsas odur ki, hazırda insanların şüuraltına nə yerləşdirilir? Bəzən sosial mövzulu proqramlarda xoşagəlməyən görüntülər müşahidə olunur. Kimsə kimisə vurur, şiddət göstərir. Ancaq önəmlisi odur ki, o problemin çözümünü göstərilsin. Yəni televiziya kanallarındakı əsas niyyət nədir? Problemin həllinin necə mümkün ola biləcəyini göstərmək və ona dəstək vermək" — psixoloq vurğulayıb.

Rəşidovaya görə, həmin verilişlərin şüuraltı təbliğatı odur ki, dəyərlər sistemi ölməsin, insanlar qarşılıqlı yardımlaşma duyğusunu itirməsin. O, həmçinin yerli telekanallarda yayımlanan sosial mövzulu verilişlərin hamısını eyni kisəyə qoymağı da doğru hesab etmir.

"Deyirlər ki, bu verilişlər şou xarakterlidir. Ancaq hamısı elə deyil axı! Orada həqiqət olan tərəflər də var. Həmin verilişlərin çoxunda, zalda psixoloq, sosioloq, hüquqşünas və s. mütəxəssislər əyləşir. Öz fikirlərini, rəylərini bildirirlər. Nə qədər insan onları dinləyir, lazımlı şeylər öyrənir. Yəni məsələnin bu cür müsbət tərəfi də var. Ona görə hesab edirəm ki, belə verilişləri tənqid edərək birtərəfli yanaşmaq olmaz. Hərtərəfli yanaşmaq lazımdır" — mütəxəssis bildirib.

484
Teqlər:
Vəfa Rəşidova, Nuşirəvan Məhərrəmli, veriliş, Cavid Şahmalıyev, efir, MTRŞ, psixoloq, Milli Televiziya və Radio Şurası, telekanal, ekspert, insan, sosial
Əlaqədar
Canlı efirdə göz yaşları sel kimi axdı
Elza Seyidcahana efirdə şeir oxumaq qadağan edildi
MTRŞ: Efirdə xalqa, dövlətə lazım olan verilişlər çox olmalıdır
MTRŞ ANS-in efirində gedən pornoqrafik məqamları açıqladı
Ödənişsiz efirin ayrılacağı KİV orqanları açıqlanıb

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

9
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

9

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

0
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0