CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Adolf dayıdan salam" sözləri yazılan kağız parçası qalmaqal yaratdı

© Flickr / Crouching DonkeyBağlama,arxiv şəkli
Bağlama,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnternet mağazasından oyuncaq sifariş etdi, bağlamanın üstündə gələn kağız onu şoka saldı

BAKI, 17 yan-Sputnik. Amazon.com internet mağazasının əməkdaşı yəhudi əsilli müştərinin aldığı malın üzərinə antisemit qeydin yazıldığı kağız parçası qoyub.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, London sakini internet mağazasından öz uşaqları üçün oyuncaq sifariş edib. İçində oyuncaqlar olan bağlama qadının yazdığı ünvana gəlib. Amma bağlamanın üzərində "Adolf dayıdan salam" sözləri yazılan kağız parçası olub.
Bu hadisə qadını o qədər narahat edib ki, o, qorxudan iki gün müddətində evdən çölə çıxmayıb və işə də getməyib.

  

Polis əməkdaşları göndərilən bağlamanı və kağızı ekspertiza üçün götürüblər. Bu məsələ nifrət zəminində baş vermiş cinayət kimi araşdırılır.
Amazon şirkəti əvvəlcə buna heç bir reaksiya verməsə də, məsələ sosial şəbəkələr vasitəsilə ictimailəşəndən sonra tədbir görməyə məcbur olub.
İnternet mağazası araşdırma apararaq bu əməli törədən əməkdaşını aşkarlayaraq işdən qovub.

İndi polis Britaniyada baş qaldıran bu antisemit hərəkətin pərdəarxasını araşdırır.

© Photo : antisemitism.ukBağlamanın üstündə gələn kağız
Bağlamanın üstündə gələn kağız  - Sputnik Azərbaycan
Bağlamanın üstündə gələn kağız

Son illərdə Avropada faşist ideologiyasına maraq yenidən güclənib. Bu aralar Almaniyanın neomilliyyətçi partiyasının üzvləri arasında gənclər üstünlük təşkil edir. Onlar hətta 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə 1% səs toplayıblar. Məsələ ondadır ki, avropalı gənclər tarixi yaxşı bilmirlər və Hitleri qəribə və maraqlı hesab edirlər. Bu, xüsusilə də keçmiş Şərqi Almaniya ərazisində baş verir. Gənclər neomilliyyətçi rok konsertlərində "ziq hayl" qışqırır, bununla da siyasi isteblişmenti şoka salmağa çalışırlar. Alman gənclərin bu aksiyaları tədricən Avropanın digər ölkələrinə də yayılır. Almaniya hökuməti bu səbəbdən neomilliyyətçilərə ehtiyatla yanaşır və antisemitizmin Avropada yenidən "çiçəklənməməsi" üçün əlindən gələni etməyə çalışır.

Amazon mağazası ilə baş verən olay isə, Avropa ictimaiyyətini ona görə narahat edib ki, onlar faşistlərin at oynatdığı və dünyanı böyük müharibəyə sürükləyən zamanlara geri qayıtmaq istəmirlər.

Xəbər lenti
0