CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların hesablarından nə qədər pul tutulacağı bəlli oldu

© pixabay / 3112014Kredit kartı
Kredit kartı - Sputnik Azərbaycan
Abunə olmaq
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı banklar tərəfindən əhaliyə bildirişlər göndərilir

BAKI, 17 yan — Sputnik. Bank fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilib. Sputnik xəbər verir ki, bununla əlaqədar banklar müştərilərinə xüsusi bildirişlər göndərməyə başlayıb. Məsələn, "Yapı Kredi Bank"ın ünvanladığı bildirişlərdə qeyd olunur ki, yeni əlavə və dəyişikliklər 01 yanvar 2017-ci il tarixindən etibarən tətbiq edilir. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

Kredit - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kreditlərlə bağlı yeni qərar vergi maxinasiyalarına yol aça bilər

1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. (Vergi Məcəlləsi 125.1-1.) Məsələn, Yapı Kredi Bank Azərbaycan kartı ilə, yaxud pul köçürülməsi vasitəsilə Skrill.com pul kisəsinə 100 AZN pul mədaxil edilərsə o zaman ümumi məbləğin 10%-i miqdarında (yəni 10 AZN məbləğində) vergi tutulacaq və hesabdan 110 AZN çıxılacaq.

2. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirərkən, bank ödəmə mənbəyindən vergini tutmağa borcludur — verginin dərəcəsi 1% (Vergi Məcəlləsi 150.3-3.). İstisnalar: Beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, beynəlxalq müqavilələrlə tənzimlənən xüsusi vergi ödəyiciləri, notariuslar.

3. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan bank tərəfindən hesablanan 18% ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir (Vergi Məcəlləsi 169.3).

Dollar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların real məzənnəsi bankların ixtiyarına buraxılır

Bundan əlavə, məsələn, internet vasitəsilə Yapı Kredi Bank Azərbaycan kartı ilə hər hansı ölkəxarici saytdan xidmət alışı (otel, aviabiletlər və nəqliyyat istisna olmaqla) zamanı məsələn Facebook-da reklam yerləşdirilərkən ümumi məbləğdən 18% ƏDV tutulacaq. Yəni 100 AZN-lik ödəmə zamanı əlavə 18% (18AZN) vergi tutulacaq və hesabınızdan toplamda 118 AZN məbləğ çıxılacaq. Bundan əlavə bildirmək istərdik ki, mal, əşya alışı zamanı məbləğə ƏDV tətbiq olunmur.

4. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu Bank ödəmə mənbəyindən vergini tutmağa borcludur (Vergi Məcəlləsi 150.1.11).

5. 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azaddır (Vergi Məcəlləsi 102.1.22).

Xəbər lenti
0