Narazı insanlar

Ölkə zəhmətkeşlərinin etirazı

4389
(Yenilənib 12:56 16.01.2017)
Allahdan qazın qiymətinin qalxmasına hələ var

BAKI, 16 yan — Sputnik. Beləcə, avtomobil yanacağının da qiyməti qalxdı. Bilirəm, ikinci cümləni oxumağa hövsələsi çatmayan xalqımızın optimist təbəqəsinin nümayəndələri tez etiraz edəcəklər ki, "yanacağın yox eee, Aİ-95-in". Yəni, "bizim benzin-bakımıza ki, 95 qalxıb, əhalinin çoxu 92 işlədir" filan.

Kənd sakinlərinin yığıncağı
© Photo : kur-yevlax.com

Milli ruhu yüksək tutmağa çalışan bəzi media qurumlarının sürücülər arasında keçirəcəkləri sorğuların nəticələri də maraqlı olacaq. Məsələn, qarnı "Land Cruiser"in sükanını hərlənməyə qoymayan orta yaşlı bir kişi bığının altında qımışacaq: "Bilirsiniz, günə əlavə 5 manat itirməklə heç zad olmaz. Elə hesab edək ki, dilənçiyə sədəqə veririk. Təki, ölkəmiz üçün yaxşı olsun".

Hansısa şadlıq evinin imkansız sahibi də əlahəzrət mikrofon qarşısına keçərək, təxminən bu səpkidə mətbuata barmaq silkələyəcək: "Bu hadisədən öz ucuz maraqlarınız, saxta reytinqiniz üçün istifadə etməyin! Bəsdirin camaatı aldatdınız. Gözünüzü açın, qonşu ölkələrə — Gürcüstana, Türkiyəyə baxın, onlarda benzin bizdən qat-qat bahadır".

"Türkiyə" sözünü eşidən aparıcı da tələm-tələsik qayıdacaq ki, "Əziz tamaşaçılar, yeri gəlmişkən, çox önəmli bir məqama diqqət çəkmək istəyirəm. Bu gün qardaş ölkədə insanlar Vətən-Millət naminə mücadilə edirlər. Türkiyəni həm iqtisadi, həm siyasi, həm də terror silahı ilə vurmaq istəyirlər. Amma cəmiyyət dim-dik ayaqdadır. İnsanlar boğazlarından kəsib dövlətin gələcəyi naminə xərcləyirlər. Dollara qarşı milli səfərbərliyə dəstək verirlər. Biz də bu cür çətin anlarda bir yumruq kimi birləşməli, ajiotaj yaradanlara "dur!" deməliyik".

#####

Ötən ilin dekabrı… Mənzillərə verilən elektrik enerjisi və təbii qazın müəyyən olunmuş limitdən sonra ödənişinin artacağı barədə qərar çıxarıldı. Bütün ictimai təpkiyə, media basqısına baxmayaraq, Tarif Şurası qərarını dəyişmədi. O zaman mətbuat bu haqda hay-həşir salanda, telekanalların efirinə çıxan bir sürü zəhmətkeş də ağzımızdan vururdu ki, "nolub bəyəm, dünya dağılmayıb ki!"

63-cü ildə aldığı qalstuku hələ də boynundan çıxarmayan Vəli kişi, küçənin ortasında qarşısına çıxan ilk televiziya kanalı vasitəsilə xalqa müraciət etdi: "Qəti narahat olmayın. Bu qiymət bahalaşmasının kasıb-kusuba uzaqdan-yaxından heç bir dəxli olmayacaq. Kimin villası, parniki, restoranı varsa, onlar əziyyət çəkəcəklər".

Onun yanında dayanmış Böyük Vətən Müharibəsi veteranı Əhməd baba da yoldaşının fikrinə qüvvət olaraq "Əşşi indi işığın qiymətinin qalxdığı gündür? Yenicə qərar çıxarılıb. Hələ vaxta var. O vaxtadək kim ölə, kim qala…" məsləhətində bulundu.

######

İçərişəhər
© Sputnik / Murad Orujov

1 ay sonra — bu gün… Məhəllənin ağsaqqallarını başına toplayan Vəli kişi Tarif Şurasını eninə yıxıb uzununa ağlayır: "Bay atonnan! 170 manat pensiya alıram, 132 manat işıqpulu borcu gəlib. Belə gedişat olar? Belə allahsızlıq olar?"

Əhməd babanın da dərdi qubarlanır: "Heş zad. Deyirlər, "yıxılın ölün". Allahdan qazın qiymətinin qalxmasına hələ var".

######

Yas mərasimində yuxarı başda əyləşən molla deyir:
— Camaat, bilin və agah olun! 10 min il sonra Yer kürəsi məhv olacaq.

Məclisin aşağı tərəfində stula yayxanıb mürgüləyən yaşlı kişi bunu eşidib diksinir:
— Başına dönüm, a molla, neçə il dedin?
— 10 min il!
— Ürəyim düşmüşdü, elə bildim min il deyirsən…

4389
Teqlər:
zəhmətkeş, işıq, benzin, yanacaq, borc, qaz, insan, qiymət
Əlaqədar
Ey əhali, duyduq-duymadıq deməyin!
O bina niyə yanmalıydı?
Həyat dərsi
Ora sənin arzularının ölkəsidir
Yalan ayaq da tutar, yeriyər də – bu da fakt!
Cəmiyyət sadomazaxizm məngənəsində

Xalq artisti Səməd Səmədov vəfat edib

11
"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

BAKI, 24 iyul - Sputnik. Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfində oxuyub.

1988-ci ildən toylarda çıxış edib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısı idi. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

11
Teqlər:
xalq artisti, ölüm, Səməd Səmədov

Sofulu kəndi azad edildikdən sonra: Cəbrayıldan yeni videokadrlar

7
1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

BAKI, 24 iyul - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sofulu kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Sofulu Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənddir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Qarabağ silsiləsinin ətəyində yerləşən kənddə işğala qədər əhali heyvandarlıqla məşğul olurdu.

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

7
Teqlər:
Qarabağ, Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Cəbrayıl