Hotel otağı

Sevgililərin eyni nömrədə qalması qadağandır

6395
(Yenilənib 11:36 12.01.2017)
Azərbaycanda sevgililərin eyni hotel otağında yerləşməsi qeyri-rəsmi şəkildə qadağan edilib

BAKI, 11 yan — Sputnik. Azərbaycan qanunvericiliyinə görə, turistlər hotel və istirahət mərkəzlərinə yerləşmək üçün nikah haqqında şəhadətnamə təqdim etməyə məcbur deyillər. Yəni, şəxsiyyət vəsiqəsinin təqdim edilməsi turistlərin hotellərə yerləşməsi üçün kifayət edir.

Amma ölkə qanunvericiliyində yer almasa da, bir çox hotellər və istirahət mərkəzlərində, cütlük gələn zaman evliliyi sübut edən sənəd tələb edirlər. Belələri hotellərinin əxlaqsızlıq məqsədilə istifadə olunacağından və reputasiyasının korlanacağından ehtiyatlanırlar.

Bu fikri dolayısı ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dəstəkləyib. O bildirib ki, hotellərə belə tələb qoyulmasa da, onların öz reputasiyaları üçün narahatlığı başa düşüləndir.

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov Sputnik-ə açıqlamasında hotellərdə nikah haqqında şəhadətnamənin tələb edilməsini absurd adlandırıb: "Dəfələrlə bu problemə toxunulsa da, təəssüf ki, bu gün də bir çox hotel və istirahət mərkəzlərində evliliyi subut edən sənədlər tələb edilir. Hotelə gedən şəxslər hara getdiklərini yaxşı bilirlər. Kimsə sevdiyi ilə, kimsə istədiyi biri ilə hər hansı bir hotelə gedirsə, buna heç kim qarışa bilməz. Bu, insanların hüququdur. Amma təəssüf ki, belə hallar var və çoxdur. Bu da ölkədə yerli turizmin inkişafına mane olur".

B. Bilalovun sözlərinə görə, bu məsələ ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də müsahibələrində qeyd edib ki, heç bir kəbin kağızına ehtiyac yoxdur: "Amma hüquq-mühafizə orqanlarının bəzi işçiləri bu məsələdən pul qazanmaq üçün istifadə edir, hətta öyrədilmiş adamları istirahət mərkəzlərinə göndərir, sonra da "əməliyyat" keçirərək "faktı" aşkar edir, həmin istrahət mərkəzindən pul qoparır, əks halda isə oranın adını "əxlaqsızlıq yuvası" kimi hallandırırlar".

"Bununla üzləşməmək üçün hotellərin sahibləri işçilərinə tapşırıq veriblər ki, mütləq kəbin kağızı istəsinlər. Bu, əslində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Heç bir qanunumuzda yazılmayıb ki, əks cinsdən olan iki həddi-buluğa çatmış şəxs öz razılıqları olduğu halda bir otaqda qala bilməzlər" — Bilalov bildirib.

"Ölkəmizdə kifayət qədər insan var ki, həyat yoldaşı ilə rəsmi deyil, sadəcə molla kəbini ilə yaşayır. Yəni bunların bir yerdə istirahət etmək hüququ niyə pozulmalıdır ki? Bildiyiniz kimi, Prezidentin sərəncamı ilə Turizm Şurası, onun əsasnaməsi və tərkibi təsdiq edilib. Düşünürəm ki, bu məsələ ictimailəşdirilməli və Turizm Şurasında müzakirə olunaraq, birdəfəlik həll edilməlidir" — müsahibimiz əlavə edib.

Mədəniyyət və Turizm Nazirliyinin (MTN) İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun sözlərinə görə də, ölkə qanunvericiliyində hotellərin və ya istirahət mərkəzlərinin nikah şahadətnaməsi tələb etməsinə dair maddə yoxdur: "Yəni istənilən şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək, hotelə yerləşə bilər. Bu barədə nazir özü də müsahibəsində qeyd edib".

Bəs hotel əməkdaşı nikah şəhadətnaməsi tələbində israr edərsə, o zaman nə etmək lazımdır? Sualı Sputnik-ə cavablandıran hüquq müdafiəçisi Tağı Hüseynovun sözlərinə görə, belə hallar çox olsa da, hotellərin nikah şəhadətnaməsi tələb etməsi qanunsuzdur.

"Vətəndaş belə halla qarşılaşdığı zaman polisə, prokurorluğa, ombudsmana və Mədəniyyət və Turizm Nazirliyinə şikayət edə bilər. Hər bir insanın istirahət etmək hüququ var. Kimsənin bu hüququ pozmağa haqqı yoxdur" — ekspert vurğulayıb.

6395
Teqlər:
şəhadətnamə, istirahət mərkəzi, qanunvericilik, hotel, kişi, turizm, turist, qadın, nikah
Əlaqədar
Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb
"Dövlət hotellərin qiymət siyasətinə təsir edə bilməz"
"Bakı hotellərində artıq boş yer tapmaq mümkün deyil"
"Bütün Azərbaycan üzrə hotel yataqlarının sayı Türkiyənin bir qəsəbəsindəkindən azdır"
Bakının məşhur hotelləri "zəbt olunub"
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

2
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

2
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bakıda bu rayon koronavirusa yoluxma liderdir

4
(Yenilənib 12:35 30.11.2020)
Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda COVİD-19 virusuna yoluxanların 53,5 faizi Bakıdadır. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma yenə də 14,7 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

4
Teqlər:
Yasamal rayonu, Binəqədi rayonu, Xətai rayonu, Koronavirus, COVID-19