Bakı zooloji parkı

Bakı zooparkının direktoru quş qripi məsələsinə aydınlıq gətirib

51
(Yenilənib 23:45 10.01.2017)
Azər Hüseynov bildirib ki, zooparkda 20 növdən çox lələkli yaşayır və onlar arasında kütləvi ölüm halı qeydə alınmayıb

BAKI, 10 yanvar-Sputnik. Bakının zooloji parkında son zamanlar quşların kütləvi qırğını halı müşahidə olunmayıb.

Zooparkın direktoru Azər Hüseynov
© Photo : APA
Zooparkın direktoru Azər Hüseynov

Zooparkın direktoru Azər Hüseynov bunu Sputnik-ə quş qripinin yayılması ehtimalını şərh edərkən bildirib.
Qeyd edək ki, Rusiya KİV-nin yazdığına görə, bu günlərdə Voronej zooparkında 7-si "Qırmızı Kitab"a düşmüş 44 növ quşun zərərsizləşdirilməsi məcburiyyəti yaranıb. Hazırda quş qripi qonşu ölkələrdə, o cümlədən İranda, Ukraynada və Azərbaycana yaxın olan digər ölkələrdə yayılıb. 

Bununla yanaşı, Hüseynov zooparkda xəstə quşların ola biləcəyini qətiyyətlə inkar edib.
Qeyd edək ki, yerli baytarlar vaxtaşırı ölkənin epidemioloji vəziyyəti ilə bağlı məlumatları yayırlar.

Yeri gəlmişkən, zooparkın direktoru bildirib ki, bu gün zooparkda 20-dən artıq quş növü yaşayır. Bunlar şahinlər, müxtəlif növ ördəklər, dekorativ qazlar, qızıl və gümüş qırqovul, çöl qartalı, qu quşu, flaminqo, toğlugötürən, leşyeyən, məzar qartalı, sultan toyuğu, qu quşu, dəvəquşu, həmçinin digər quşlardır.

51
Teqlər:
Azər Hüseynov, Bakının zooloji parkı, Bakı zooparkı, Voronej
Əlaqədar
Bakıda insanlar heyvanların yerini dar ediblər
Pələng zooparkdan qaçdı
Zooparkdan qorilla qaçdı
Tiflisdə zooparkdan qaçmış begemotu belə tutdular
Onlara niyə zülm edirsiniz...?
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

2
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

2
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

8
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

8