CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Viza" istifadəyə verildi

© Sputnik / Murad OrujovASAN Viza istifadəçisi
ASAN Viza istifadəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə kimi "ASAN Viza" portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib

BAKI, 10 yan — Sputnik. Bu gündən etibarən "ASAN Viza" portalı test rejimindən çıxaraq tam istifadəyə verilib. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu günə kimi "ASAN Viza" portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Xatırladaq ki, 16 dekabr 2016-cı il tarixində "ASAN Viza" portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı "ASAN Viza" sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Xəbər lenti
0