CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nobel prospektindəki təhlükə aradan qaldırılır

© Photo : AzeravtoyolNeftçilər prospektində iki qatar relsi sökülüb
Neftçilər prospektində iki qatar relsi sökülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən ikinci rels də sökülüb.

BAKI, 9 yan — Sputnik. İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb. Bununla da həmin hissədə sökülən relslərin sayı 2-yə çatıb.

Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. “Azəravtoyol” ASC tərəfindən aparılan işlər zamanı istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qeyd edək ki, qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

Xəbər lenti
0