Ağsu aşırımında sürüşmə

Bakı-Şamaxı yolunda yeni sürüşmə zonası əmələ gəlib

40
(Yenilənib 20:08 07.01.2017)
Yolun bir neçə yerində, o cümlədən Ağsu aşırımında sürüşmə aktivliyi hər gün müşahidə olunur, yolun hərəkət hissəsində və kənarlarda iri çatlar əmələ gəlib.

BAKI, 7 yan — Sputnik. Bakı-Şamaxı avtomobil yolunda yeni torpaq sürüşməsi faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, yolun bir neçə yerində, o cümlədən Ağsu aşırımında sürüşmə aktivliyi hər gün müşahidə olunur, yolun hərəkət hissəsində və kənarlarda iri çatlar əmələ gəlib. Lakin, bu yaxınlarda ilk dəfə olaraq yolun 106-107 və 109-cu kilometirlik hissəsində torpaq sürüşməsi baş verib. Bu ərazidə hər gün davam edən sürüşmə hazırda daha təhlükəli həddə çatıb. Sürücülərin sözlərinə görə, yeni sürüşmə zonasında torpaq axını hər gün davam edir, dağdan axan torpaq qatı yol kənarındakı istinad divarlarının üzərindən aşaraq avtomobil yoluna tökülür və nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranır.

Hazırda yolun qeyd edilən hissəsinə "Şamaxı 9 saylı Yol İstsmar" MMC nəzarət edir. İdarənin işçiləri torpaq sürüşməsinin baş verdiyi yerdə avtomobillərin hərəkətinin məhdudlaşmaması üçün ağır texnikaların vasitəsilə təmizləmə işləri görür. Dağdan yola axan torpaq kütləsi ağır texnikalar vasitəsilə ərazidən daşınır. Müşahidələr göstərir ki, yola axan torpaq kütləsi bir həftə ərzində tam təmizlənməzsə, avtomobil yolu bağlanacaq. Məlumata görə, ərazidə hər gün aktivlik müşahidə olunur. Hər gün minlərlə avtomobilin hərəkət etdiyi bu yol torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb. Yolun bir neçə yerində böyük çatlar əmələ gəlib.

Sözügedən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində 25-30 metr dərinliyində, 70-80 metr enində hissə çöküb. Dağdan axan torpaq qatının magistiral yola tökülməməsi üçün əraziyə hündür istinad divarı çəkilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının ekzogen-geoloji proseslərlə bağlı apardığı müşahidələrə əsasən məlum olub ki, son bir ayda Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Şamaxının Cabanı və Dədəgünəş kəndləri ərazisindəki sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Rayonun Muğanlı sürüşmə sahəsində mövcud olan çatların ölçülərində nisbi artım qeydə alınıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4, 6 və 10-cu km-də sürüşmə-çökmə prosesi baş verib, aktivlik hələ də davam edir.

40
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

3
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

3