Çingiz Xələfov, Sputnik Azərbaycan
BAKI, 6 yan — Sputnik. Yəqin ki, uşaqlıqda hər birimizin ən böyük bir arzusu olub. Kimsə polis, kimsə həkim olmaq, kimsə avtomobil yarışlarına qatılmaq istəyib. Reportajımızın qəhrəmanının arzusu isə bir qədər fərqlidir. O, kiçik yaşlarından öz helikopterini hazırlamaq arzusu ilə yaşayıb.
Qusar rayon Samur qəsəbəsinin 67 yaşlı sakini Mirzəxan İmamquliyev, 10 ildir ki, bu qurğunu yığır. Bunun üçün o, 10-dan çox avtomobilin müxtəlif ehtiyat hissələrindən yararlanıb. Düzəltdiyi helikopterin mühərrikini işə salarkan "Uşaqlıq arzumu həyata keçirdim", — deyərək sevincini paylaşır.
M. İmamquliyev ixtisasca mühasibdir. Lakin texnikaya marağı kiçik yaşlarından yaranıb. Qəhrəmanımızın sözlərinə görə, helikopter hazırlamaq ideyası ona yuxuda gəlib: "Tez-tez özümü yuxuda uçan görürdüm. Düşündüm ki, bu, işarədir. Bu işin çətin olduğunu anlayırdım. Amma nədənsə maraqlandım bu işlə".
Altı nəfərlik qurğu avtomobil hissələrindən yığılıb. Əvvəl helikopterə "Zaporojets" mühərriki qoyub. Lakin mühərrikin uçan qurğunun pərlərini hərəkətə gətirməyə gücü çatmayıb. Mühərriki daha güclüsü ilə əvəz etmək qərarı qəbul edib — "VAZ 2103" mühərrikini seçib.
Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb. Əgər avtomobildə mühərrik təkərləri hərəkətə gətirirsə, burada o, pərləri fırladır. İxtiraçının bütün səylərinə baxmayaraq, qurğu nədənsə uçmaq istəmir. Səbəb isə müəllifin əldə edə bilmədiyi bir neçə cihazdadır.
"Birincisi, daha güclü mühərrik lazımdır. İkincisi, helikopterin pərləri lazım olandan daha qasa və ensizdir. Zəruri detallar olmadığından, onu havaya qaldıra bilməmişəm. Onları da əlavə etsəm, işə salacam və ümid edirəm ki, o, uçacaq", — deyir həmsöhbətimiz.
Mirzəxan İmamquliyev siqaret aludəçisi olub. Lakin bir neçə əməliyyatdan sonra bu zərərli vərdişi tərgitmək qərarına gəlir: "Siqareti atandan sonra minlərlə manatıma qənaət etdim. Və bu pulları arzumu reallaşdırmağa sərf etdim".
Dediyinə görə, onun əl işi insanların marağına səbəb olub. Əlxəsus da texnika ilə maraqlanan şəxslərin. Bu helikopter M. İmamquliyevin yığdığı yeganə qurğu deyil. O, fındıq təmizləyən, şum və otbiçən qurğular da hazırlayıb. İxtiraçı bu cihazları təkmilləşdirməyi planlaşdırır.
BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.
Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.
Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".