CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadakı azərbaycanlıları "otxod" adlandıran deputat "lider" oldu

© Photo : PUBLIC DOMAINMedia
Media - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ilin dekabr ayında elektron mətbuatda deputatlarla əlaqəli 24888 xəbər yerləşdirilib

BAKI, 5 yan — Sputnik. Azərbaycanın bütün media orqanlarının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. Mərkəz ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildir.

Maliyyə Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mətbuatın "qara siyahı"sındakı nazirliklər

Sputnik MTM-ə istinadən deputatlarla bağlı dekabr ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24888 xəbər yerləşdirilib. Bunlardan 621 xəbər mənfi, 454 xəbər müsbət və 23813 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Astan Şahverdiyev (299 xəbər — deputat haqqında sərt fikirlər), Hüseynbala Mirələmov (60 xəbər — deputat haqqında sərt fikirlər), Mirzəcan Xəlilov (41 xəbər — deputat fəhlənin haqqını yeməsi iddiası — şikayət). Müsbət xəbərlər arasında liderlər: Zeynəb Xanlarova (161 xəbər — millət vəkilinin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi), Əliağa Hüseynov (55 xəbər — "Şöhrət" ordeni ilə təltif edilməsi).

Xəbər sayına görə sıralama:
1 Mehriban Əliyeva 3713 xəbər
2 Oqtay Əsədov 1629 xəbər
3 Astan Şahverdiyev 1209 xəbər
4 Əflatun Amaşov 737 xəbər
5 Siyavuş Novruzov 676 xəbər
6 Rövnəq Abdullayev 665 xəbər
7 Qüdrət Həsənquliyev 656 xəbər
8 Vahid Əhmədov 636 xəbər
9 Fəzail Ağamalı 574 xəbər
10 Ziyad Səmədzadə 567 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3910 xəbər dərc edilib. Bu xəbərlərdən 3852-si neytral, 20-i müsbət, 38-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Astan Şahverdiyev (28 xəbər — deputata qarşı etirazlar başlanması, haqqında sərt fikirlər) liderdir. Müsbət xəbərlər arasında liderlər: Zeynəb Xanlarova (14 xəbər — millət vəkilinin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi), Əliağa Hüseynov (3 xəbər — "Şöhrət" ordeni ilə təltif edilməsi).

Xəbər sayına görə sıralama:
1 Mehriban Əliyeva 594 xəbər
2 Əflatun Amaşov 144 xəbər
3 Oqtay Əsədov 143 xəbər
4 İsa Həbibbəyli 113 xəbər
5 Hikmət Məmmədov 111 xəbər
6 Ziyad Səmədzadə 109 xəbər
7 Rövnəq Abdullayev 92 xəbər
8 Bahar Muradova 84 xəbər
9 Vahid Əhmədov 82 xəbər
10 Fuad Muradov 76 xəbər

Dekabr ayında televiziya kanallarında deputatlar haqqında 1785 xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1 Mehriban Əliyeva 320 xəbər
2 Cavid Qurbanov 100 xəbər
3 Oqtay Əsədov 91 xəbər
4 Ziyad Səmədzadə 80 xəbər
5 Fuad Muradov 79 xəbər
6 Əhliman Əmiraslanov 69 xəbər
7 Bahar Muradova 67 xəbər
8 İsa Həbibbəyli 66 xəbər
9 Hadı Rəcəbli 50 xəbər
10 Əflatun Amaşov 47 xəbər

Xəbər lenti
0