Maliyyə Nazirliyi

Mətbuatın "qara siyahı"sındakı nazirliklər

2752
2016-cı ilin dekabr ayında elektron mətbuatda nazirliklərlə əlaqəli 55375 xəbər yerləşdirilib

BAKI, 5 yan — Sputnik. Azərbaycanın bütün media qurumlarının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. Mərkəz ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanalı və sosial şəbəkələr daxildir.

Sputnik MTM-ə istinadən, nazirliklərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 55375 xəbər yerləşdirilib. Bunlardan 54000-i neytral, 49-u mənfi, 1326-sı isə müsbət xəbərdir. Mənfi xəbərlər arasında "liderlər": Maliyyə Nazirliyi (26 xəbər — Samir Şərifov Azərbaycanı bataqlığa sürükləyir), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (5 xəbər — 2 nazirlik və 1 ASC ləğv edilir — super nazirlik yaradılır), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər — 2 nazirlik və 1 ASC ləğv edilir — super nazirlik yaradılır)).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (976 xəbər — qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (92 xəbər — At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı — foto), Fövqəladə Hallar Nazirliyi (80 xəbər — FHN əməkdaşları təltif olundu — foto).

Xəbər sayına görə sıralama:
1 Müdafiə Nazirliyi 6812 xəbər
2 Daxili İşlər Nazirliyi 6637 xəbər
3 Fövqəladə Hallar Nazirliyi 5749 xəbər
4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5283 xəbər
5 Vergilər Nazirliyi 3021 xəbər
6 Təhsil Nazirliyi 2986 xəbər
7 Milli Təhlükəsizlik Nazirliyi 2835 xəbər
8 İqtisadiyyat Nazirliyi 2835 xəbər
9 Mədəniyyət və Turizm Nazirliyi 2717 xəbər
10 Səhiyyə Nazirliyi 2636 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6899 xəbər dərc edilib. Bu xəbərlərdən 6853-ü neytral, 46-sı isə müsbət xəbərdir. Yazılı mətbuatda müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (42 xəbər — qanunsuzluqlar aşkar edib), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2 xəbər — ceyran oğruları ifşa edildi), Kənd Təsərrüfatı Nazirliyi (2 xəbər — Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb).

Xəbər sayına görə sıralama:

1 Daxili İşlər Nazirliyi 685 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi 655 xəbər
3 İqtisadiyyat Nazirliyi 541 xəbər
4 Vergilər Nazirliyi 531 xəbər
5 Təhsil Nazirliyi 516 xəbər
6 Müdafiə Nazirliyi 513 xəbər
7 Səhiyyə Nazirliyi 412 xəbər
8 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 378 xəbər
9 Xarici İşlər Nazirliyi 360 xəbər
10 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 358 xəbər

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 1805 xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1 Gənclər və İdman Nazirliyi 281 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi 223 xəbər
3 Vergilər Nazirliyi 178 xəbər
4 Fövqəladə Hallar Nazirliyi 148 xəbər
5 Kənd Təsərrüfatı Nazirliyi 146 xəbər
6 Təhsil Nazirliyi 140 xəbər
7 İqtisadiyyat Nazirliyi 134 xəbər
8 Xarici İşlər Nazirliyi 110 xəbər
9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 102 xəbər
10 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 73 xəbər

2752
Teqlər:
mənfi, müsbət, MTM, Media Təqib Mərkəzi, nazirlik, media, lider
Əlaqədar
Nazirlik əhaliyə xəbərdarlıq etdi
Nazirlik böyük qanunsuzluğun üstünü açdı
Nazirlik reyd keçirdi: cərimələnənlər var
İki nazirlikdə və bir icra hakimiyyətində yoxlama aparılıb
Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Nazirlik rəsmisi: fındıqda yaxşı pul var
Həkim, arxiv şəkli

TƏBİB Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edib

2
(Yenilənib 16:19 31.10.2020)
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

BAKI, 31 oktyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil alıb, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

2
Teqlər:
baş həkim, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda bir gündə mindən çox adam koronavirusa yoluxub

16
(Yenilənib 15:43 31.10.2020)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 55269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10996 nəfərdir. 

Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb. 

16
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, test, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Azərbaycanda koronavirusa yeni yoluxanların sayında ciddi artım var
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnika

Ermənistanın döyüş texnikası canlı qüvvəsi məhv edilib - VİDEO

32
(Yenilənib 16:32 31.10.2020)
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş texnikası və canlı qüvvəsinin məhv edildiyini bəyan edib.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələrinin döyüş texnikası və canlı qüvvəsi məhv edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında deyilir:  

"Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib".

32