Ofis işi

İnsanların 80 faizi bu sindromdan əziyyət çəkir

157
(Yenilənib 16:14 05.01.2017)
Bayramdan sonra işə adaptasiya olma prosesi, əsasən 45 yaşından sonra insanlarda müşahidə edilir

BAKI, 5 yan — Sputnik. Beş günlük bayram tətili başa çatdı. Bəllidir ki, istirahət günlərindən, bayramlardan sonra işə adaptasiya olunmaq çətin olur və müəyyən zaman alır. Bayramdan sonra insanlarda adətən halsızlıq, həvəssizlik, işdən bezmə, işə nifrət etmə, yuxulama və s. kimi əlamətlər müşahidə edilir.

Psixoloq Fərqanə Mehmanqızı
© Photo : ŞƏXSİ ARXİV
Psixoloq Fərqanə Mehmanqızı

Psixologiyada bu, "tətil sindromu" adlanır. Bayramlardan sonra bu problem, işləyən insanların 80 faizində müşahidə edilir. Mütəxəssislərə görə, bayram sindromundan daha çox orta yaşlı insanlar əziyyət çəkirlər. Bu problem onlarda bəzən depressiya həddinə çatır. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrində işdən çıxma haqqında ərizə, xəstəlik arayışları adətən bayram günlərindən sonraya təsadüf edir.

Məsələni Sputnik-ə şərh edən psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bayramlardan sonra işə adaptasiya olunmaq problemi daha çox qadınlarda müşahidə edilir: "Qadınlar bayram günlərində də işsiz qalmırlar. Ev işləri, bayram hazırlıqları qadını yorur. Yorucu günlərdən sonra iş həyatına qayıtmaq təbii ki, hər bir qadın üçün çətin olur. Buna görə də, hər bir qadın çalışmalıdır ki, istirahətin son gününü özünə ayırsın, istirahət etsin, xarici görkəmi ilə maraqlansın və ən əsası da gündəlik norma olan 8 saat yata bilsin".

"Yuxu hər bir insan üçün çox önəmlidir. Qadın üçünsə bu, vacibdir. Yuxusuzluq halsızlıq və yorğunluq gətirir. Yorğun və halsız insan isə heç bir işə adaptasiya ola bilmir", — psixoloq bildirb.

Mehmanqızına görə, işə adaptasiya ola bilməmək həm də bir insanın bədəninin fiziki baxımdan bayrama alışması ilə əlaqəlidir: "Hər gün qoyulan qaydadan artıq yemək yemək, hər gün qoyulan qaydadan daha artıq yatmaq, iş görməmək bədəni bu rejimə alışdırır. Əgər bir insan gün ərzində 9 saat işləyirdisə, indi işləmir. Bayram günlərində çox yeyir, çox yatır və yaxud qonaq gedir, gəzir, əylənir. Yəni insanın bütün orqanizmi, ruhi-psixoloji və fiziki baxımdan bayram əhval-ruhiyyəsinə köklənir".

Ümumiyyətlə, psixoloqlar məsləhət görürlər ki, bayramdan sonra iş prosesinə adaptasiya olmaq üçün, iş gününə bir gün qalmış iş haqqında düşünmək lazımdır. İş günü başlamamışdan bir gün öncə işdəki yeni planlar, yeni layihələr barədə düşünmək, görəcək işlərini fikirlərində özü ilə müzakirə etmək bayramdan sonra iş prosesini asanlaşdırır.

Mütəxəssislərə görə, bayramdan sonra işə adaptasiya olma prosesini əsasən 45 yaşını keçən insanlar yaşayır və belə insanlarda proses daha ağır depressiya ilə müşahidə edilir.

"İşə alışa bilməyən şəxs düşünməməlidir ki, bu problem təkcə ondadır. Bayramdan sonra işə adaptasiya olunmaq prosesi hamıda olur. Bunu ağır şəkildə düşünmək, depressiyaya düşmək əvəzinə, bir gün öncədən plan qurmaq, az yatmaq, iş günlərində olduğu saatda yuxudan durmaq lazımdır", — F. Mehmanqızı vurğulayıb.

Psixoloq qeyd edir ki, bayramdan iki gün sonra işə adaptasiya asanlaşır, insan fiziki və psixoloji baxımdan işə alışır. O, bayramdan sonra işə adaptasiya olunmaq üçün aşağıdakıları tövsiyyə edir:

1. Bir gün öncə fikirlərinizi iş üzərində qurun, gələcək planlarınızı düşünün;
2. İş gününün saatı ilə yuxudan oyanın;
3. Az yeyin, idmanla məşğul olun;
4. Əgər işdə yuxunuz gəlirsə, hər iki saatdan bir 15 dəqiqə işə fasilə verin;
5. Təmiz hava alın və bu işin sizin üçün nə qədər vacib olduğunu düşünün.

157
Teqlər:
Fərqanə Mehmanqızı, yuxusuzluq, sindrom, , psixoloq, bayram, tətil
Əlaqədar
Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi
İş axtaranlar qarşısında absurd tələb irəli sürülür
Azərbaycanda 700-dən çox yeni iş yerləri yaradılacaq
Bağlanan bankların 2700 nəfər əməkdaşı iş axtarır
Casus printerlər evlərinizdə və iş yerlərinizdə dolaşır
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

10
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

10
Bakı küçələrində dezinfeksiya işləri

Bakıda 554 küçə dezinfeksiya edilib

11
(Yenilənib 15:36 25.10.2020)
Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

BAKI, 25 oktyabr - Sputnik. Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabrın 24 və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfərdən çox işçilərin köməyi ilə artıq 15-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

11