Axtarış-xilasetmə qərargahı

İtkin neftçilərin axtarışına əlavə qüvvə cəlb edilib

13
(Yenilənib 15:40 05.01.2017)
Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış - xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirir

BAKI, 5 yan — Sputnik. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir
© Photo : FHN mətbuat xidməti
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir

Qərargahdan Sputnik-ə verilən məlumata görə, hadisə baş verən gün mövcud hidrometeoroloji vəziyyət, küləyin istiqaməti hər gün olduğu kimi bu gün də mütəxəssislər tərəfindən bir daha təhlil olunub və estakadının dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış — xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib. Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirməkdədir.

13
Teqlər:
qərargah, neftçi, əməliyyat, axtarış, itkin, xilasetmə
Əlaqədar
İtkin düşən neftçilərin axtarışı davam edir
İtkin düşmüş hərbçimizlə bağlı araşdırma aparılır
İtkin düşmüş neftçilərlə bağlı yeni xəbər var
İtkin düşmüş neftçilərdən hələ də xəbər yoxdur
İtkin neftçilərin axtarışı genişləndirilir
İtkin düşmüş neftçiləri 44 gəmi axtarır
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

3
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

57
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

57