Bakı Avtomobil Satışı Mərkəzi

Avtomobil bazarında böyük bahalaşma

4020
Ölkəyə gətirilən avtomobillərin qiymətində, hətta 10 min manatadək bahalaşma qaçılmazdır

BAKI, 5 yan — Sputnik. Azərbaycanda yaşanan iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Yanvar ayından etibarən aksiz vergi rüsumlarının artırılması ilə əlaqədar olaraq avtomobillərin qiymətində ciddi artım olacağı gözlənilir.

Belə ki, idxal olunan avtomobillərin gömrük ödəmələri yeni rüsumlarla hesablanacaq və nəticə etibarı ilə böyük mühərrikli avtomobillərin qiymətində, hətta 10.000 manatadək bahalaşma proqnozlaşdırılır.

Məsələ ilə bağlı Sputnik-ə danışan "Quliyev Motors" avtomobil satışı şirkətinin baş direktoru Rəşad Quliyev də, ölkəyə idxal olunan avtomobillərin qiymətinin qalxacağını bildirib: "Artıq köhnə rüsumlarla ölkəyə gətirilən maşınların da qiymətləri qalxıb. Bu, süni qiymət artımıdır."

"Bundan sonra qiymətlərin düşməsindən söhbət gedə bilməz. Artım isə qaçılmazdır. Avtomobillər üçün gömrük rüsumları qalxırsa, təbii ki, qiymətlər də qalxacaq", — mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, 2000 kubsantimetrlik mühərrikə malik avtomobillərin gömrük rüsumu 200-250 manat artacaq: "Ona görə belə mühərrikli avtomobillərin qiymətində daha az artım olacaq. Amma 4000-5000 kubsantimetr mühərrikli maşınlarda rüsum çox olduğundan, onlarda qiymət artımı 10 min manata kimi olacaq".

"Eyni zamanda ikinci əl maşınlarda da belə artım müşahidə olunur. Artıq 30-40 faiz ikinci əl maşınlarda artım müşahidə edilir. Yeni qanundan istifadə edəcəklər və öz əllərində olan maşınların da qiymətini artıracaqlar. Bu da düzgün deyil." — R. Quliyev vurğulayıb.

Parisdə yanacaqdaoldurma mənətəsi, arxiv şəkli
© AFP 2020 / THOMAS SAMSON

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə Sputnik-ə açıqlamasında bildirib ki, yeni aksiz vergisi, mühərriki 2000 kubsantimetrdən yuxarı olan avtomobillərə aiddir: "Bu maşınlar əvvəldən baha idi, sonra da devalvasiyaya görə qiymətləri qalxmışdı. İndi isə bu aksiz vergisinin qalxması ilə əlaqədar bir az da bahalaşacaq. Belə maşınlara çox üstünlük verilmir. 20-25 faiz alıcı elə böyük həcmli mühərrikləri olan maşınlar alır. Qiymətlərin artımına görə isə bu maşınların alıcıları bir az da azalacaq."

"Bahalı maşınların qiymətinin artması kiçik həcmli avtomobillərə marağı artıracaq ki, bu da ucuz maşınların da qiymətinin artmasına səbəb olacaq. Az da olsa, belə maşınların da qiymətlərində artım olacaq." — Ə. Hüseynov bildirib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, aksiz vergisinin artırılması, bilavasitə maşın bazarına öz təsirini göstərəcək: "Mən həm müxtəlif firmaların satıldığı dükanları, həm də avtomobil bazarını nəzərdə tuturam. Bu hal heç də arzuolunan hal deyil".

"Hazırda avtomobil satışında durğunluq yaşanır. Bir neçə il öncə xaricdən 100 mindən artıq avtomobil gətirilirdisə, bu gün həmin göstərici 4-5 dəfə aşağı düşüb. Səbəb isə avtokreditlərin olmaması, devalvasiya və maşınların qiymətlərinin baha olmasıdır" — mütəxəssis qeyd edib.

Allahverənovun sözlərinə görə, gömrük rüsumlarının artırılması ilə əlaqədar, bütün avtomobillərin qiyməti qalxacaq: "Bu da şübhəsiz ki, bazarda satışa təsir edəcək. Burada müsbət nəticənin olmasından söhbət gedə bilməz. İstənilən halda qərar verilib və bundan sonra vəziyyətin nə yerdə olacağının şahidi olacağıq."

4020
Teqlər:
mühərrik, qiymət, rüsum, gömrük, vergi, aksiz, maşın, avtomobil
Əlaqədar
Yaponiyadan gətirilən avtomobillərdə radioaktiv şüalanma aşkarlandı
Ən ucuz avtomobillərin istehsalına başlanır
Dünyada yeganə qəsəbə: hökumət yox, vergi yox, avtomobil yox
Avtomobilin mühərriki alışdı
Ölünün avtomobili polis şöbəsinin həyətindən "yoxa çıxıb"
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

15
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

15