Keçmiş Milli Təhlükəsizlik Nazirliyi

Zərərçəkmiş: MTN-də dedilər ki, 300 min verməsən, qadınlar üzümə duracaqlar

117
Məcidov Səbuhi ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində maddi çətinliklərlə əlaqədar adına olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bağ evini satmaq qərarına gəlib.

BAKI, 4 yan — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan sabiq idarə rəisi Sübahir Qurbanov, onun müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Səbuhi Məcidovun istintaq zamanı verdiyi ifadə məlum olub.

APA-nın məlumatına görə, Məcidov Səbuhi Abturab oğlu ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində maddi çətinliklərlə əlaqədar adına olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bağ evini satmaq qərarına gəlib. Əvvəllər bağ evində olmuş və həmin vaxtdan bəyənmiş Rusiyada yaşayan tanışı Fizuli Rəsulovla mobil telefonla danışaraq 180 000 manata satılması barədə razılaşıb. 2014-cü ilin payızında o, Fizuli Rəsulovla «Port Baku» biznes mərkəzində adını xatırlamadığı restoranlardan birində görüşüb,  bağ üçün 64000 manat beh alıb. Bundan sonra ikisi orada nahar edib. Biznes mərkəzindən çıxaraq taksiyə yaxınlaşarkən bir nəfər yanına gəlib və onunla getməli olduğunu deyib.

İfadədə bildirilib ki, özünü MTN-nin əməkdaşı kimi təqdim edən Fizuli Əliyevin idarə etdiyi qara rəngli "Hyundai" markalı avtomobillə MTN-nin yaxınlığındakı «Sultan» restoranına aparılan zərərçəkmiş buraya gətirilməsinin səbəbini soruşub. Fizuli Əliyev narahat olmamağı, istədikləri səbəbi göstərə biləcəklərini deyib. Onun üstünü axtarıb, çantasındakı 63715 manatı götürüblər, pulu cinayət yolu ilə əldə etdiyini, işinin istintaqa göndəriləcəyini deyərək, çantadakı puldan əlavə olaraq, 1-2 günə 300000 manat gətirəcəyi təqdirdə ona kömək edəcəklərini bildiriblər.

Nahar etdikdən sonra Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov onu MTN-nin nəzarət-buraxılış məntəqəsinə aparıblar. Orada Fizuli Əliyev «sabah 300000 manatı gətirməsən, qadınları bura gətirib, üzünə durmalarını istəyəcəyik, çantadakı pul bizə qalacaq, ailənin içində biabır olacaqsan, səni heç kəs qurtara bilməyəcək, ən ağır cəza alacaqsan» deyərək, hədə-qorxu gəlib. Zərərçəkən israrla pulunun olmadığını deyərək, saxlanılma səbəbini öyrənmək istəsə də, Natiq Alıyev «onda səndən 100000 manat alacağıq»  deyə onu qorxudub. Fizuli Əliyev ona ertəsi gün saat 14:00-dək 100000 manat gətirməsini tələbə edib. Həmin gün saat 21.00 radələrində MTN-dən buraxılsa da, çantasından götürülən pulu qaytarmayıblar. Natiq Alıyev ona əlaqə saxlamaq üçün telefon nömrəsini verib.

Növbəti gün MTN-ə gedərək, Natiq Alıyevlə görüşüb. Natiq Alıyev onu əvvəlki gün saxlandığı otağa aparıb, daha sonra Zaur Məmmədov da ora gəlib. Onlar növbələşərək, pul verməyəcəyi təqdirdə həbs ediləcəyi, rüsvay ediləcəyi barədə söhbətlər ediblər. Saat 19.00-20.00 radələrinədək ac-susuz orada saxlayıblar. Həmin vaxt Zaur Məmmədov rəisi Fizuli Əliyevin onu «Sultan» restoranında gözlədiyini deyərək oraya aparıb. Bu işdə əsas fəallıq göstərənlər Fizuli Əliyevlə Natiq Alıyev olub. Zaur Məmmədov isə onların göstərişlərini qeyd-şərtsiz icra edib. Zaur Məmmədovla söhbətindən onun Vəhhabi təriqətinə mənsub olduğunu müəyyənləşdirib. Zaur Məmmədov onu «Sultan» restoranının kabinetinə gətirib, kabinetdə Fizuli Əliyev və Natiq Alıyev olub. O, içəri daxil olan kimi Fizuli Əliyev tapançasını çıxarıb, barmağında fırlatmağa başlayıb. Pulu nə üçün ləngitdiyini, ona bir gün də möhlət verdiklərini deyərək, evə buraxıb.

O, bütün gecə həmin pulu haradan tapa biləcəyini fikirləşsə də, çıxış yolu tapmayıb. Ertəsi gün səhər saatlarında MTN-nin nəzarət-buraxılış məntəqəsinə piyada gedərkən Fizuli Əliyev avtomobili yanında saxlayıb. Natiq Alıyev də avtomobildə olub. Onlar avtomobildən düşüb yolun kənarında dayanaraq ondan tələb etdikləri pulu gətirib-gətirməməsini soruşublar. O isə pul tapa bilmədiyini bildirib. Fizuli Əliyev "yaxşı, sənə inanırıq, telefonlarını bir ildir, dinləyirik, başqa pulunun olmadığını bilirik, sənin xahişini biz edərik» deyib. Aralarında söhbət 10-15 dəqiqə çəkib, onlar çıxıb gediblər.

MTN-nin əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovun ona qarşı qanuna zidd hərəkətləri barədə qorxusundan heç kimə məlumat verməyib və heç bir dövlət strukturuna müraciət etməyib. Fizuli Əlyev, Natiq Alıyev və Zaur Məmmədov ondan götürdükləri 63.715 manat pulu isə ona qaytarmayıblar. 

117
Təqaüdçü qadın, arxiv şəkli

Pensiyaçıların həsrətlə gözlədiyi xəbər gəldi - artımların vaxt veriləcəyi açıqlandı

33
(Yenilənib 13:57 20.01.2021)
Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:

"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

33
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

24
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

24
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Qubada qar yağır, sakinlər isə şəhidlər xiyabanına axışır

0
(Yenilənib 14:54 20.01.2021)
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.

Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.

0