UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib

"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"

672
UNEC-də "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında vətənpərvərlik tədbiri keçirilib

BAKI, 28 dek — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərində iştirak edən bir qrup hərbi qulluqçu ilə görüş keçirilib. Universitetin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov dövlət müstəqilliyimizin 25 illik yubileyini təntənə ilə qeyd etdiyimiz 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi, sosial iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərlə yola salındığını bildirib: "Ali Baş Komandanımızın qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur".

Rektor UNEC-in Müdafiə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində, professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən danışıb. Bildirib ki, UNEC ailəsi torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazırdır.

  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
1 / 6
© Photo : UNEC-in mətbuat xidməti
UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani tədbirə dəvət olunan əsgər və zabitləri, müharibə qazilərini və şəhid ailələrini iştirakçılara təqdim edib. Lələtəpə uğrunda sağ ayağını itirən və bir neçə yara alan sabiq hərbi hissə komandiri, "Vətən uğrunda" medalına layiq görülən polkovnik-leytenant Elşən Qarayev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, "İgidliyə görə" medalına layiq görülən polkovnik-leytenant Seymur Həbibullayev, Azərbaycanın Mili Qəhrəmanı, şəhid Əliyar Əliyevin oğlu, mayor Emin Əliyev, düşmənin 10-a yaxın tank, zirehli texnika və avtomobilini məhv edən, "Vətənə xidmətə görə" III dərəcəli ordenlə təltif olunan, batareya komandiri, kapitan Mirdamət Bağıyev, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verən tank komandiri, baş gizir Paşa Mehdiyev, igid döyüşçülərdən leytenant Vüsal İbrahimov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev və başqaları UNEC tələbələrinə aprel döyüşləri barədə xatirələrini danışıb, onların suallarını cavablandırıblar.

Aprel şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov oğlunun şücaətindən söz açıb. Bildirib ki, hər iki oğlu aprel döyüşlərində qonşu səngərlərdə döyüşüb. Kiçik oğlu Ruhin qəhrəmanlıqla şəhid olub, böyük oğlu Qəhrəman isə bu günə qədər də hərbi xidmətini ön cəbhədə davam etdirir: "Hər iki oğlum "İgidliyə görə" medalı ilə təltif edilib".

Tədbirə oğlunun portreti və Ruhinin cənazəsi üzərinə sərilən bayraqla gələn şəhid atası, bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib. Tədbirə dəvət edilən hərbi qulluqçu Qəhrəman Qəhrəmanov səhnəyə çıxaraq, qardaşının qəhrəmanlığı ilə qüruru duyduğunu bildirib.

Baş leytenant şəhid Ziya Həsənovun atası Niyazi Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbayan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. Xalq Artisti Samir Cəfərov "Lələtəpə Fatehləri" qəhrəmanlıq odasını ifa edib. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri Aslan Əzimzadə "Azərbaycan əsgəri", İqbal Bayramov isə "Bayraq" şerini səsləndirib.

Sonda UNEC rəhbərliyi və kollektivi adından Azərbaycan əsgərinə 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik məktubu oxunub.

672
Teqlər:
aprel döyüşləri, müstəqillik, hərbi qulluqçu, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, şəhid
Əlaqədar
Aprel döyüşlərinin təkrarlanması ehtimalı getdikcə artır
Aprel döyüşlərinə həsr olunmuş klip təqdim olundu
Aprel döyüşlərində iştirak edənlərlə görüş keçirilib
"Aprel döyüşlərində Azərbaycan istehsalı olan hərbi məmulatlardan geniş istifadə edilib"
"Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun təsdiqi oldu"
Prezident: Aprel döyüşləri bir daha xalqımızın həmrəyliyini nümayiş etdirib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

85
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

85
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

49
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

49
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"