CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik qalibləri mükafatlandırdı

© Sputnik / Fuad HasanovKamran Bədəlov
Kamran Bədəlov - Sputnik Azərbaycan
Abunə olmaq
12 fəal istifadəçinin yarışdığı müsabiqənin sonunda 3 qalib elan olunub

BAKI, 27 dek — Sputnik. Cari ilin 15-25 dekabr tarixləri arasında, Sputnik informasiya agentliyinin "Facebook" səhifəsində, daha fəal istifadəçilərin seçilməsi münasibətilə müsabiqə keçirilib. 12 fəal istifadəçinin yarışdığı müsabiqənin sonunda 3 qalib elan olunub.

Sənubər Adıgözəlova — 1-ci yer. 50 yaşı var. Evdar xanımdır. Qiymətli mətbəx texnikası (çoxfunksiyalı yemək bişirmə cihazı) qazanıb.

Səbinə Laçınlı — 2-ci yer. 24 yaşı var. Elektrik qəhvədan qazanıb.

Kamran Bədəlov — 3-cü yer. 23 yaşı var. Bakı metropolitenin əməkdaşıdır. Blender qazanıb.

Bundan başqa, qaliblərə əlavə olaraq, "Cinema Plus" kinoteatrlar şəbəkəsindən 2 nəfərlik bilet və "Bella Pizza"dan 2 nəfərlik kupon hədiyyə olunub. Qaliblər, müsabiqənin gedişindən razılıqlarını ifadə etdilər və bu cür müsabiqələrin davamlı keçirilməsini arzuladılar.

Xəbər lenti
0