Misgərlik sənətinin nümunələri

Onlar bütün Azərbaycana bir kənddən yayılıblar

512
(Yenilənib 10:29 26.12.2016)
Bu qablar zəhəri özünə çəkir, qidaya əlavə dad verir və insanı daha sağlam edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 26 dek — Sputnik. Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən mədəniyyət nümunələrindən biri də Lahıc misgərlik sənətidir. Misgərlik əvvəllər Azərbaycanın bir sıra bölgələrində mövcud olsa da, min illərlə yaşı olan bu sənəti qoruyaraq yaşadan, inkişaf etdirən və gələcək nəsillərə ötürülməsində əsas pay sahibi olan, məhz İsmayıllı rayonunun Lahıc kəndinin insanlarıdır.

Həvəskar balıqçı Elnur Əliyev
© Photo : Sami Süleymanlı

Doğrudur, digər bölgələrdə də bu sənətlə məşğul olan insanlar olub, bu gün də var. Amma, bir az araşdırdıqda, onların da şəcərəsinin Lahıca gedib çıxdığı məlum olur. Hazırda Gəncə şəhərində yaşayıb-yaradan Məhəmməd Fəhimov kimi…

O, Gəncədə yerləşən qədim karvansarada misgərlik sənətini davam etdirir. Vaxtilə bu karvansarada, ən müxtəlif növ peşə sahiblərinin fəaliyyət göstərdiyini deyən usta, hazırda ərazidə qədimi sənətlə məşğul olan yeganə insandır.

Fəhimovun atası Lahıcda anadan olub. Sonradan ailəsini də götürərək Gəncəyə köçüb və burada misgərlik sənətini davam etdirib. Məhəmməd kişi bu sənətə gəlişini belə nəql edir: "Atama, babama hər gün yemək aparırdim. Bir gün babam atama dedi ki, "gəl, bu uşağı yoxlayaq". Çəkici verdi ki, "al, o zindanı döyəclə". Çəkici götürdüm, başladım döyəcləməyə. O zaman babam atama "bu uşağın gələcəyi var, gör, çəkici necə düz tutur" dedi".

  • Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən mədəniyyət nümunələrindən biri də Lahıc misgərlik sənətidir
    Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən mədəniyyət nümunələrindən biri də Lahıc misgərlik sənətidir
    © Sputnik / Ilham Mustafa
  • Misgər Məhəmməd Fəhimov
    Misgər Məhəmməd Fəhimov
    © Sputnik / Ilham Mustafa
  • Şükür ki, bu sənəti öyrənmişəm. Bugünkü çətin vaxtda ailəmi saxlaya bilirəm — deyir sənətkar
    Şükür ki, bu sənəti öyrənmişəm. Bugünkü çətin vaxtda ailəmi saxlaya bilirəm" — deyir sənətkar
    © Sputnik / Ilham Mustafa
  • Bu qablardan istifadə dərmansız müalicədir
    Bu qablardan istifadə dərmansız müalicədir
    © Sputnik / Ilham Mustafa
  • M. Fəhimovun sözlərinə görə, bu səbəblərdən bir neçə dəfə yanına şagird götürsə də, uşaqlar çətinliyə dözməyib
    M. Fəhimovun sözlərinə görə, bu səbəblərdən bir neçə dəfə yanına şagird götürsə də, uşaqlar çətinliyə dözməyib
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən mədəniyyət nümunələrindən biri də Lahıc misgərlik sənətidir

"Bu sözdən o qədər həvəslənmşdim ki, məktəbdən çıxan kimi emalatxanaya gəlirdim. Beləcə bu sənəti öyrəndim. Atamdan sonra həmin emalatxanada mən işləməyə başladım. Şükür ki, bu sənəti öyrənmişəm. Bugünkü çətin vaxtda ailəmi saxlaya bilirəm" — deyir sənətkar.

Həmsöhbətimiz mis qabların faydasından danışır. Deyir ki, bu qablardan istifadə dərmansız müalicədir: "Mis qazanlarda bişən xörək insanı yaşadir, dadlı olur. Ömrü boyu zəhərlənmə olmur. Mis qazanda ət qaynayanda heyvanda olan xəstəlik, ona vurulan iynənin zərərli təsirləri itir. Mis qab onu özünə çəkir. Mis su qabları isə süzgəc kimi suyu süzür, dadı da gözəl olur, keyfiyyəti də".

Misgərlik böyük səbr, dəqiqlik və incəlik tələb edir. Əgər insanın özündə maraq yoxdursa, bu sənəti öyrənməsi mümkün deyil. Bu işdə gərək çəkic əldən düşməsin. Həmçinin, qalaylamada kömürün, kislatanın vurulması zamanı ayrılan dəm qazı orqanizmə mənfi təsir edir.

M. Fəhimovun sözlərinə görə, bu səbəblərdən bir neçə dəfə yanına şagird götürsə də, uşaqlar çətinliyə dözməyib "aradan çıxıblar". Bununla belə, o, hər iki oğluna bu sənəti öyrətməyi bacarıb.

Sonda qayğılarını da dilə gətirir: "Getdikcə mis qablara tələbat çoxalır. Amma işlədiyim yer, şərait tələbatın öhdəsindən gəlməyə imkan vermir. Oğlanlarımın işləmələri üçün normal yer, şərait yoxdur. Bizə böyük emalatxana və normal şərait yaradılsa, bu işi daha da inkişaf etdirərik. İnsanlarımız da mis qablardan istifadə edib sağlam qalarlar".

512
Teqlər:
Məhəmməd Fəhimov, baba, misgərlik, YUNESKO, misgər, mis, sənət, ata
Əlaqədar
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Əl barmaqlarının qurban verilməsini tələb edən qeyri-adi sənət
On beş manata villa inşa edir
Bu evdə 271 şəhid yaşayır
Şah əsərlər yarada bilərdi - bu gününə baxın
Dairəvi Alban Məbədi, arxiv şəkli

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

800
(Yenilənib 21:09 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

800
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

102
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

102
Lionel Messi

Fransa səfiri, Hitler, Messi sevgi

0
(Yenilənib 00:11 19.04.2021)
Taclı bəla"nın uşaqlar üçün təhlükəli olmadığı barədə indiyə qədər qəbul edilən streotip deyəsən, keçmişdə qalır.

"7x7" həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Gizli qatillər, laqeyd dünya

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Şoyqu təşkilatdan gileylənib: "BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi?"

Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsinə dünya soyuqqanlıdır. 30 illik işğala göz yumanlar minalara səsini çıxartsalar, təəccüblü olardı, zatən. 100-dən artıq azərbaycanlının bu gizli qatillərin hədəfinə çevrildiyi halda, kimlərinsə dini abidələrin narahatlıq ifadə etməsi isə absurd tamaşasını xatırladır.

Bu arada bu həftə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri minaya düşdü. Hansı ki, ermənilər azərbaycanlıları məhv etmək üçün basdırmışdılar. Ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərdilər.

...Qalib barışıq üçün əl uzadır, İrəvanda isə revanş pafosu hökm sürür. Amma hansı güclə bilinmir? Bu həftə Azərbaycan Prezidenti ADA Universitetində keçirilən konfransda regionun gələcək inkişafı ilə bağlı Rəsmi Bakının mövqeyini şərh edərkən, daha çox sülh mesajları verdi, indi seçim Ermənistanın siyasi elitasınındır – nəzərə alsınlar ki, diplomatlar susanda toplar danışır. Biz topları PUA-larla əvəz etmişik, onlar iti daha yaxşı qovur.

"Günah keçisi" axtarışında

Bədbəxt cəmiyyətlərin psixoloji sarsıntısını azaltmaq üçün sınaqdan çıxarılmış üsullardan biri kənarda düşmən obrazını yaratmaq və bütün məsuliyyəti onun üzərinə atmaqdır. Ermənistan indi həmin illuziyanın canlandırılması ilə məşğuldur: bütün fiaskoların günahkarı Türkiyə və Azərbaycandır. Amma arabir xırda günahkarlar da lazım gəlir. Məsələn, erməni mediasında diversantları (ermənilərin təbirincə 62 hərbi əsiri) geri ala bilməməyin "günah keçisi" axtarışında Rusiya sülhməramlıların komandanı Rüstəm Muradov da hədəflər sırasındadır.

Fransanın Ermənistandakı səfiri isə Ermənistanın məğlubiyyətini "Ləyaqətli məğlubiyyət" adlandırıb. Kiçik bacını ovsunlamaq lazımdır axı. Səfiri anlamaq olar, İkinci Dünya Müharibəsində Fransa bir ay tamam olmamış təslim olmuşdu, müqavimət göstərə bilmədiyi üçün həzz almaq qərarını vermişdi Paris... Odur ki, Fransa səfiri üçün 44 günə uduzmaq "ləyaqətli məğlubiyyət" kimi görünür, yoxsa ləyaqətin Ermənistana nə dəxli?!

Bu arada Fransa parlamenti 15 yaşınadək uşaqla cinsi əlaqənin birbaşa təcavüz kimi qəbul ediləcəyi haqda qanun qəbul edib. İndiyədək belə deyilmiş yəni. Və bir də: yeni qanunda "Romeo və Cülyetta" maddəsi əlavə olunub. Bu maddə yaşıdlar arasında cinsi əlaqəni mümkün edir. Bunun cinayət sayılması üçün cinsi əlaqə iştirakçılarından biri digərindən beş yaş böyük olmalıdır.

"Əgər dünya bir dövlətdən ibarət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi". Səfir inciməsin, bunu biz demirik, Adolf Hitler deyib.

İngilislər isə

Qərbi Avropaya keçmişkən, koronavirus dünyadan əl çəkəcək, Britaniya yeni mutasiyalardan əl çəkməyəcək kimi görünür. Gözünüz aydın, infeksiyanın daha bir mutasiyası aşkarlanıb. Yeni Britaniya mutasiyası Cənubi Afrika və Braziliya variantlarından daha yoluxucu ola bilər. Bu həftə Hindistanda da koronavirusla bağlı vəziyyət ağırlaşdı, yoluxma və ölüm sayında antirekord qeydə alındı. ABŞ əczaçılıq şirkəti "Pfizer" isə koronavirus peyvəndinin üçüncü dozasına ehtiyac ola biləcəyini açıqlayıb. Təəccüblənmərik, pis biznes deyil. Görünür, ÜST-ün bu həftə verdiyi bu açıqlama da təsadüfi deyil: "Yer kürəsinin əhalisi tezliklə bütün pandemiya dövründən bəri yoluxmanın pik dövrünə yaxınlaşacaq".

"Taclı bəla"nın uşaqlar üçün təhlükəli olmadığı barədə indiyə qədər qəbul edilən streotip isə deyəsən, keçmişdə qalır: ABŞ və Böyük Britaniyadan olan alimlər o qənaətə gəliblər ki, koronavirus uşaqlarda insult riskini artırır. Bu arada Putin növbəti dəfə vaksinasiya olunub. Hə bir də maraqlıdır, görəsən, ABŞ-ın anbarlarında bərk-bərk saxladığı vaksinlərin axırı nə oldu?! Qurd düşüb xarab olar, demək lazımdır arasına naftalin filan qoysunlar...

832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib.

Messi isə Cənubi Amerika futbolçuları üçün koronavirus peyvəndinin alınmasında köməklik göstərib – o, bir formasının əvəzinə 50 min doza "Sinovac" alıb.

Bəs Ronaldo?

Digər ulduz Ronaldodan da xəbər var. O, İtaliya çempionatının növbəti oyununda formasını yerə çırpıb. Bundan öncə Portuqaliya millisinin heyətində Serbiya ilə oyunda kapitan sarğısını yerə tullamışdı. Sonra həmin sarğı hərraca çıxarıldı. İndi formanın da eyni cür satışa buraxıldığını eşidə bilərik.

Məlumdur ki, azarkeşsiz oyunlar futbol sənayesində pul dövriyyəsini əməlli-başlı aşağı salıb. Ronaldo marketoloqların sifarişləri ilə komandasına pul qazandırmış ola bilər.

İran televiziyası isə şortikli qadın hakimə görə "Tottenhem" – "Mançester Yunayted" matçının yayımını 100 dəfədən çox kəsib.

Nüvə təhlükəsi

Meksikada ölümcül təhlükəli radioaktiv qurğu oğurlanıb. Xatırlayırsınızsa, bu günlərdə İranda AES-i partlatmağa cəhd olmuşdu. Ardınca bu ölkə uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırdı. Bayden isə dedi ki, bu qərar nüvə razılaşmasıyla bağlı danışıqlara ziddir.

Bağışlayın, bəlkə də bir az sadəlövh suala görə, görəsən, olmazmı ki, dünya nüvədən ümumiyyətlə imtina etsin?!

Sülh üçün

ABŞ qoşunları Əfqanıstanı tərk edir. "Əfqanıstana birlikdə getdik, çıxma məsələsində də birlikdəyik" NATO-nun Pentaqonun qərarına reaksiyası belə olub. ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planını da təxirə salıb. Görünür, Baydenin hərbi xərcləri azaltmaq qərarı öz nəticələrini göstərir. Britaniya qoşunları da Əfqanıstanı tərk edir, eyni zamanda ingilislər Qara dənizə eskadriya gəmisi və sualtı freqat gəmisi göndərmək qərarı veriblər. Bu, Rusiya ilə gərginlik fonunda Ukraynaya dəstək məqsədi ilə edilir.

Dünya sülh axtarışındadırmı? Fikir vermisinizmi, müasir siyasi ritorikada "sülh və təhlükəsizlik" frazasından çox istifadə olunur? Görünür, ritorika əsl mahiyyətə pərdə tutmaq üçündür.

Dünyanı sevgisiz böyüyən insanların savaşları məhv edir, kimsə deyib.

Sevgi demişkən...

Sevgi demişkən, Rusiyanın Həştərxan vilayətində yenidoğulmuşu onu öldürmək istəyən anasının əlindən xilas ediblər. Qadın xəstəxananın vanna otağında uşaq dünyaya gətirdikdən sonra onu boğmaq istəyib. İspaniya polisi isə Rumıniya vətəndaşı olan valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər. Qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığı deyilir.

50 min nəfərdən çox yapon hazırda 100 yaşını keçib, gözlənilir ki, 15 ildən sonr artıq bu göstərici 1 milyona yaxınlaşacaq. Bəli, dəniz məhsulları sağlamlıq və uzun ömür üçün şərtdir, ancaq yaponların rekordu daha ciddi amilə söykənir: bir-birini başa düşmək. Bizim cəmiyyətin ən ciddi problemlərindən biri məhz bir-birini dinləmək, başa düşməkdən ibarətdir. Bu məzmunda möhür sayıla biləcək bir dialoq var: "Bilirsən, problem nədədir, dostum? Biz bir-birimizi anlamaq üçün yox, cavab vermək üçün dinləyirik".

0