Evsiz adam, arxiv şəkli

"Bomj"lar Bakı küçələrindən yığışdırılır

1011
Rəsmi açıqlama: "Biz bunu etmək məcburiyyətindəyik"

BAKI, 22 dek — Sputnik. Təcili Tibbi Yardımın həkimləri hər gün Bakı küçələrindən 1-2 səfili xəstəxanalara yerləşdirirlər. Bunu Sputnik-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, başının üstündə damı olmayan adamların şaxtalı havalarda getməyə yeri yoxdur. Ona görə də, onlara tibb işçiləri kömək edirlər. Tibb işçiləri səfilləri toplayır və yerli xəstəxanalarda yerləşdirirlər.

Nağıyev qeyd edib ki, Səhiyyə Nazirliyi bu istiqamətdə onlara böyük dəstək verir. Bununla əlaqədar olaraq, küçədə yatan insanların sayı xeyli azalıb.

"Bu, bizim işimiz deyil. Biz bunu etmək məcburiyyətindəyik. Hər şey təcili yardımdan tələb olunur. Biz bu işə məsul deyilik, amma öz insani münasibətimizi göstəririk", — baş həkim bildirib.

"Mən bununla əlaqədar olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət etmişəm. Onlar mənə siyahı veriblər ki, belə adamları həftənin hansı günləri hansı xəstəxanaya aparmaq lazımdır. Biz humanizm göstərərək onları toplayırıq. Amma bu, bizim işimiz deyil." — Nağıyev əlavə edib.

Onun sözlərinə görə, daimi yaşayış yeri olmayan insanlar yaza qədər xəstəxanada qalırlar: "Onlar palatalarda yaşayırlar. Tibb işçiləri onlara yardım göstərirlər, onları çimizdirirlər, təmizləyirlər, paltar verirlər, yedizdirirlər. Baş həkimlər elə pasientləri qovmurlar. Bununla yanaşı, gözləyirlər ki, havalar isinsin".

Qeyd edək ki, hələ 2012-ci ilin qışında, şaxtalı havalarda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi evsiz-eşiksiz insanlar üçün xüsusi çadırlar təşkil etmişdi. Amma son iki ildə bu ənənə aradan qalxıb.

1011
Teqlər:
baş həkim, evsiz, səfil, Təcili Tibbi Yardım, kömək, Rauf Nağıyev, həkim, Səhiyyə Nazirliyi, xəstəxana
Əlaqədar
İspanlar çılğın və ehtirası qaraçı rəqslər ilə Qəbələni silkələdilər
Qaraçı
Milyonçunun arvadı dilənərək öldü
Millət vəkili: yeni dilənçilik növü yaranıb