Kimsəsiz uşaqlar

Kimsəsiz uşaqlar üçün böyük fürsət

65
(Yenilənib 17:31 19.12.2016)
Sputnik, Rusiyanın НТВ telekanalında istedadlar şousunun beynəlxalq tərəfdaşı oldu

BAKI, 19 dek — Sputnik. Sputnik İnformasiya Agentliyi və radiosu, 2017-ci ilin əvvəlindən Rusiyanın НТВ telekanalında yayımlanacaq "Sən superulduzsan!" uşaq vokal müsabiqəsinin beynəlxalq tərəfdaşı olub. Sputnik-in oxucuları şounun yeniliklərini, iştirakçıların uğurlarını izləmək və müsabiqənin gedişatı boyu eksklüziv foto və videolarla tanış olmaq imkanı qazanırlar.

"Sən superulduzsan!" adlı yeni layihə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara, öz bacarıqlarını göstərmək şansı verir. Müsabiqədə uşaq evlərinin və internatların şagirdləri iştirak edə biləcəklər. Keçmiş SSRİ məkanından 7-18 yaş arası istedadlı uşaqlar öz vokal bacarıqlarını çoxmilyonlu tamaşaçı auditoriyasına, peşəkar münsiflərə təqdim etmək və ən yaxşı musiqi müəllimləri və prodüserləri ilə işləmək üçün fürsət əldə edəcəklər.

"Sən superulduzsan!" şousunun aparıcısı məşhur rusilyalı teleaparıcı, ТЭФИ mükafatının sahibi Vadim Takmenyov olacaq. "Biz efirdə seçimi elan edəndən sonra yüzlərlə uşaq evlərindən müraciətlər gəlib. Bizə sosial müəssisələrdən, təxminən 800 müraciət daxil olub. Müəssisə rəhbərləri, onlarda neçə-neçə istedadlı uşaqların olduğu deyirlər, amma onlar imkansızlıqdan televiziyada reallaşdırılan istedad müsabiqələrində iştirak edə bilmirlər", — deyə Takmenyov bildirib.

Uşaqların müsabiqədə iştirakı ilə əlaqədar xərclərlə yanaşı, НТВ telekanalı təşkilatı məsələləri də öz üzərinə götürür. Uşaqları, yalnız çəkiliş və məşqlər gözləmir. Onlar üçün məktəb proqramı üzrə tədris təşkil ediləcək, həmçinin müxtəlif sürprizlər olacaq.

"Sən superulduzsan!" müsabiqəsi Rusiyanın Təhsil və Elm Nazirliyinin dəstəyi ilə keçirilir. Müsabiqənin bütün mərhələlərində iştirakçıları onların qanuni nümayəndələri, müəllimlər, psixoloqlar, həkimlər müşayiət edəcəklər.

Hazırda iştarakçıların seçimi davam edir. Bunun üçün aşağıdakı əlaqə vasitələri ilə sorğunuzu göndərə bilərsiniz:

Telefon: (+994 12) 404-13-86
Elektron poçt ünvanı: info@sputnik.az; t.barkhudaev@sputniknews.com

Ətraflı məlumatı НТВ saytından əldə edə bilərsiniz. "Sən superulduzsan!" istedad müsabiqəsinin yeniliklərini Sputnik Azərbaycan resurslarında izləyə bilərsiniz.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkədə fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs, və müasir multimediya mərkəzi daxildir.

Sputnik Azərbaycan, onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

65
Teqlər:
Vadim Takmenyov, "Sən superulduzsan!", НТВ, şou, valideyn, müsabiqə, Sputnik, Rusiya, uşaq
Əlaqədar
İtin uşağı parçalaması kameraya düşdü
Son beş ildə Azərbaycanda uşaqlara ən çox bu adlar verilib
Rusiyada baş verən qəzada 10 uşaq ölüb
Uşağını təkbaşına böyüdən valideynlərə güzəşt ediləcək
Şəkidə iki uşaq anası olan gənc qadın faciəli şəkildə həyatını itirib
Yeni bəla uşaq və yeniyetmələr arasında sürətlə yayılır
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

4
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

4
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

118
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

118
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0