Şahdağ Turizm Mərkəzi

Turizmlə bağlı strateji hədəflər açıqlandı

109
Prezident Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsinə dair Fərman verib

BAKI, 17 dek — Sputnik. Prezident İlham Əliyev, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsinə dair Fərman verib. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Strateji Yol Xəritəsi 7 bənddən ibarətdir:

1. Qısa xülasə
2. Qlobal trendlər
3. Mövcud vəziyyətin təhlili
3.1. Turizm sektorunun mövcud vəziyyəti
3.2. Turizm sektorunun GZİT təhlili
4. Strateji baxış
4.1. 2020-ci ilədək strateji baxış
4.2. 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış
4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış
5. Hədəf indikatorları
6. Strateji məqsədlər
7. Strateji hədəflər

109
Teqlər:
2025, 2020, hədəf, məqsəd, Strateji Yol Xəritəsi, turizm, İlham Əliyev, prezident
Əlaqədar
Azərbaycanda turizm və gizli turizm barədə acı həqiqətlər
Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv edildi
“Turizm haqqında” qanun layihəsi müzakirə edilib
Azərbaycan Beynəlxalq Turizm yarmarkasında təmsil olunub
Azərbaycanda Turizm Şurası yaradılacaq
Turizm cənnətində krandan palçıq gəlir
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

6
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7