CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yalançı "əlil"lər cəzalanacaqlar

© pixabay / klimkinƏlil
Əlil - Sputnik Azərbaycan
Abunə olmaq
"Əlil" tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə ediləcəklər

BAKI, 16 dek — Sputnik. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliyə görə, "Əlil" tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar.

Bundan əlavə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər. Həmçinin, əlavə edilməsi təklif olunan maddəyə görə, parklanma yerlərində icazə verilmiş, maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə, sürücülər 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0