CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin neftçinin oğlu: "Atamla axşam danışdıq, dedi ki..."

© Sputnik / Murad OrujovNeft platforması, arxiv şəkli
Neft platforması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq"

BAKI, 15 dek — Sputnik. SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən Ələt sakini, maşinist, 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu 8 uşaq atasıdır. Onun 3 qızı, 5 oğlu var. İtkin düşən daha bir nəfər isə onun qardaşıdır. Operator, 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlunun iki azyaşlı övladı var.

© Photo : APAGüloğlan Zülfüqarovun oğlu
Güloğlan Zülfüqarovun oğlu - Sputnik Azərbaycan
Güloğlan Zülfüqarovun oğlu

Güloğlan Zülfüqarovun oğlu APA-ya bildirib ki, atası ilə sonuncu dəfə dünən axşam danışıblar: "Axşam atamla danışdıq, hal-əhval tutduq, dedi ki, hava küləklidir. Səhər isə xəbəri eşitdik. Atama zəng etdik, amma zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq, dövlətdən kömək göstərməsini xahiş edirik".

Operator, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 uşaq atasıdır. Qəza nəticəsində dənizə düşən 10 nəfərdən hələlik yalnız onu meyiti tapılaraq çıxarılıb.

Operator, 3 uşağı olan 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir. operator, 1967-ci il təvəllüdlü Bəhrəmov Cavid Ayatxan oğlunun da 3 övladı var. Onların ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.

Xəbər lenti
0