Qax rayonu ərazisindəki dəmir körpü

119 yaşı var, amma dözümünə baxın

4815
(Yenilənib 12:50 15.12.2016)
Rayona gələn turistlər ona baş çəkməmiş qayıtmırlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 dek — Sputnik. Deyirlər, mədəniyyət yoldan başlayır. Keçilməz yolların əvəzolunmaz vasitəsi isə körpülərdir. Bir vaxtlar Qax şəhərinə yeganə giriş vasitəsi olan bu körpünün uzunluğu 85 metrdir. Körpünün tikilişində kiçik bir hissəsində belə, qaynaq işi aparılmayıb. Yalnız pərçimləmə yolu ilə tikilib.

Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi
© Sputnik / Ilham Mustafa

Maraqlısı isə budur ki, başqa körpüləri sel suları yuyub aparıb, amma bu körpü bircə dəfə də olsun, dağılmayıb. Bu körpünün dayaqları çaylaq daşlarından hörülüb. Müasir dövrdə körpülərin çoxunu dəmir betonla tikirlər, amma qısa müddətdə həmin körpü dağılır.

Tarixçi Məcid Mehrani sözügedən körpünün tarixi haqqında Sputnik-ə maraqlı açıqlamalar verib: "Biz Rusiya İmperiyasının tərkibində olan zaman, Rusiyada təhkimçilik ləğv olunduqdan sonra sənaye inkişaf etməyə başlayırdı. 1890-cı illərdə isə Mərkəzi Asiyanın Rusiyaya birləşdirilməsi prosesi başa çatandan sonra, Rusiya ölkənin bütün ərazilərinə yollar çəkməyə başladı. Bundan sonra Türkiyəyə, İrana hərbi yol məqsədi üçün belə körpülər tikildi".

"Haqqında danışdığımız bu körpünün tikilməsinin digər səbəbi isə dağ yolundan birbaşa Sarıbaş və İlisi kəndlərinə rahat gedə bilmək idi. Bu körpü 1897-ci ildə alman mütəxəssisləri tərəfindən tikilib. Körpünün üstündəki zəng isə o dövrdə fəhlələri işə çağırmaq məqsədilə qoyulub. Həmin zəng indi də yerində qalır. Bu körpü tikilib qurtardıqdan sonra, belə körpülərin tikilməsinə ara verilib. Bunun səbəbi isə iqtisadi böhranla bağlı olub", — deyir tarixçi.

  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonu ərazisindəki dəmir körpü
    Qax rayonu ərazisindəki dəmir körpü
    © Sputnik / Shahperi Abbasova
1 / 11
© Sputnik / Shahperi Abbasova
Qax rayonu ərazisindəki dəmir körpü

Onun sözlərinə görə, hazırda bu körpü Kürmük çayının üstündə tənha tikili kimi qalıb: "Bu körpünün üstünə mən hələ 15 yaşım olanda çıxmışam. Körpü indi də öz möhtəşəmliyini qoruyub saxlayır. Gələcək nəsillər üçün də bu abidəni qoruyub saxlamaq lazımdır. Qax rayonunun digər yerlərində də yeni körpülər salınmasına baxmayaraq, bu dəmir körpü öz əhəmiyyətini itirməyib. Çünki gözəl mənzərəli dağ yolu bu körpünün üzərindən davam edir".

Mehraninin dediyinə görə, bu abidə kimlər üçünsə maraqlı olmaya bilər, amma: "Mən uşaqlığımdan indiyə kimi bu körpüyə həsrətlə baxıram. İndi rayonumuza turistlər gələndə mən onlara digər abidələrlə yanaşı, bu dəmir körpünü də fəxrlə göstərmişəm. Bütün insanlar eyni həssaslıqla abidələrin mahiyyətini duya bilməzlər".

"Bizim böyüklüyümüz onda olmalıdır ki, bu abidələrin gözəlliklərini, dəyərini insanlara çatdıra bilək. Hər bir bölgəmizdəki abidələri qorumaq borcumuzdur", — tarixçi bildirir.

Təəssüflə qeyd etməliyik ki, güclü turizm potensialına malik olan Qaxın girişində yerləşən körpünün asfalt örtüyü dağılıb, yaranan çuxurlar hərəkətə maneə yaradır. Sürücülər burada hərəkətin təhlükəli olduğunu deyirlər.

4815
Teqlər:
tikiliş, beton, Məcid Mehrani, Qax, mədəniyyət, yol, Rusiya, körpü, tarix
Əlaqədar
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi
Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir
Dünyanın 11 bölgəsində məzarı olan sufi
Altında oğurlanmış tarix yatan məbəd
Başsız bədənin uyuduğu sirli qəbir
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar