İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 dek — Sputnik. Zeynəb Əliyeva, əslən Neftçala rayonundandır. 10 ildir ki, Bakıya köçdüyünü deyir. Elə Bakıya köçəndən bu yana, müxtəlif restoranlarda aşpaz kimi çalışıb.
Amma bir gün qərar verib ki, özünə aid bir yer açsın — kiçik bir kafe. Və 1000 manat sərmayə ilə bu işə başlayıb. Bu işə başlayanada qorxuları var imiş. Amma sonra başa düşüb ki, kafe işlətmək elə onun işidir.
"Kimdənsə asılı olmaqdansa, kiminsə əlinin altında çalışmaqdansa, adamın öz işinin olması daha yaxşıdır. Öz işin olanda özünə həm nökər, həm ağa olursan. Belə daha rahatdır. Bu işə iki bacı başladıq və uğurlu alındı. Gəlirimiz də pis deyil", — deyir Zeynəb.
Dediyinə görə, qadın üçün kafe işlətməyin müəyyən çətinlikləri olur: "Bu çətinliklər, əsasən kişi müştərilərlə yaranır. Bəzən yaşlı kişi müştərilər olur ki, mənə qarşı maraqlı olduqlarını açıqlayırlar. Bəzən deyirlər, "xanım, sizdən xoşumuz gəlir, boş vaxtınız olanda görüşək". O zaman müştəriyə cavab verirəm ki, "mənim bütün zamanım mətbəxdə keçir". O zaman heç nə deyə bilmirlər".
"Gərək müştərinin xətrinə dəyməyəsən. Mülayim danışasan, şirin dillə başa salasan. Həm də, axı insanın üzünə baxanda bilinirsən, qarşındakı necə adamdır. Məni tanıyanlar da bilirlər ki, halal zəhmətimlə çörək qazanıram. Mənim başqa fikrim olsa, burda olmaram ki… Həm başqa yolla gələn pulun bərəkəti olmaz. Biz çörəyimizi halal yolla qazanırıq", — müsahibimiz əlavə edir.
Zeynəb hələ ki, kafesində günorta yeməkləri hazırlayır. Saat 21.00 olan kimi isə kafeni bağlayıb evinə gedir. Onun, 2-ci sinifdə oxuyan bir oğlu da var. Zeynəb qalan zamanını oğlunun təlim-tərbiyəsi ilə məşğul olmağa və ailəsinə sərf edir.
Yoldaşı, əvvəlcə Zeynəbin özünə iş qurmasına razı olmayıb, qadının təkidlərindən sonra razılaşıb: "Səhər bazarlığımı edib, işimə gəlirəm. Başlayıram yeməkləri bişirməyə. Əsasən, qazan yeməkləri bişirirəm. Müştərilər heç vaxt birdən yemək sifariş etmirlər. Bir dəfə bir müştəri gəldi, soruşdu ki, "dolma bişirə bilirsən?". Dedim "hazırı var". Bir pors yedi, iki pay da özü ilə apardı. Mənim yeməklərimi müştərilər bəyənirlər".
Zeynəb Azərbaycan mətbəxinin bütün sirlərini bilir. Söhbət əsnasında bizə söz verdi ki, yaxın günlərdə, kameramız qarşısında Bakı qutabı hazırlayacaq ki, oxucular onun hazırlanma qaydasından agah olsunlar. Bizi izləyin…
BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.
O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.
Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb.
Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.
Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb.
2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.
Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.
Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.
BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.
Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.