Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti su

Azərbaycanda möcüzəvi şəfa ocağı: hamı oraya axışır

2052
(Yenilənib 13:55 19.12.2016)
Bu bulağın suyu, Respublika ərazisində içilməsinə icazə verilən yeganə kükürdlü sudur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 dek — Sputnik. Azərbaycan öz yerüstü və yeraltı sərvətləri ilə zəngin bir ölkədir. Buradan çıxan neft, qaz, qızıl və digər məhsullar bir çox dünya ölklərinə enerji və gözəllik bəxş edir.

Ölkəmiz, həmçinin minbir dərdin dərmanı olan müalicəvi mineral suları ilə də məhşurdur. Bu sərvətlərdən elələri var ki, çox böyük faydalarına rəğmən, daha az tanıdılıb. Onlardan biri də Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti sudur.

İsti su 1968-1970- ci illərdə rayon ərazisində neft axtarışı aparılan zaman üzə çıxıb. Qazılan kəşfiyyat quyusundan neft əvəzinə isti su fontan vurub.

Qazax rayonunun Aşağı Salahlı kəndi
© Sputnik / Ilham Mustafa
Qazax rayonunun Aşağı Salahlı kəndi

Suyun müalicəvi tərkibini, ilk olaraq yerli əhali aşkarlayıb. Sonradan kənd sakinləri tərəfindən suyun nümunəsi Bakıya aparılaraq ekspertizaya verilib. Elmi tədqiqat instutlarında yoxlama aparıldıqdan sonra, onun bir çox faydaları təsdiqlənib.

Bu su oynaq, dəri, qaraciyər, öd yollarının, sinir ağrıları və mədə-bağırsaq xəstəliklərinin sağalması və qarşısının alımasında müalicəvi xüsusiyyətə malikdir. Həmçinin, məhz bu kənddəki "İsti su" bulağının suyu, elmi tədqiqat instutları tərəfindən Azərbaycanda içilməsinə icazə verilən yeganə kükürdlü sudur.

© Sputnik / Ilham Mustafa
Minbir dərdin dərmanı: Qazax rayonunun müalicəvi isti suyu

Fəsillərdən asılı olmayaraq, suyun tempraturu daim 40 dərəcə olur. Əvvəllər kənd caamatı suyu qablarla evlərinə apararaq istifadə ediblər. Sonradan kənd ağsaqqallarından olan Cəmaləddin Hacıyev dünyadan vaxtsız köçmüş övladı Şahin Hacıyevin xatirəsini əbədiləşdirmək üçün, suyun mənbəyində birotaqlı hamam binasını tikdirib.

Müalicə mərkəzində göstərilən xidmətlərin siyahısı
© Sputnik / Ilham Mustafa
Müalicə mərkəzində göstərilən xidmətlərin siyahısı

Zamanla müalicəvi sudan yararlanmaq istəyənlərin çoxluğu, burada daha böyük müalicə ocağının tikilməsinə zərurət yaradır. Hazırda ərazidə 8 kabinəli hamam binası fəaliyyət göstərir.

Aşağı Salahlı kənd icra nümayəndəsi Zahid Mirzəyev Sputnik-in bölgə müxbiri ilə söhbətində, "İsti su" vannalarına tələbatın daha çox yay aylarında olduğunu bildirdi: "Buraya müalicə almaq üçün isə, əsasən Tovuz, Şəmkir, Gəncədən, həmçinin qonşu Gürcüstan Respublikasından olur".

Qiymətlərə gəlincə, yerli sakinlər üçün burada müalicə almaq, tamamilə pulsuzdur. Digər yerlərdən şəfa dalınca gələnlər isə, "İsti su" vannası götürmək üçün 2-3 manat civarında vəsait ödəyirlər. Bu vəsait də öz növbəsində binanın kommunal xərcləri və orada fəaliyyət göstərən təmizlikçinin məvacibinin ödənməsinə sərf edilir.

2052
Teqlər:
camaat, elmi tədqiqat, kükürd, "İsti su", Aşağı Salahlı, icazə, bulaq, kənd, su, içməli su, Qazax
Əlaqədar
Min üç yüz ildir "yaşayan" qəssab
Azərbaycanda Çar məmurlarının ayağı dəyməyən yeganə kənd
Azərbaycanda hazırlanan bu araqdan hamı istifadə edir: dindarlar belə...
Tarixə açılan şəhər
Bu bölgəyə bir gələn sevinir, bir də gedən...
Yemək, arxiv şəkli

Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq

405
(Yenilənib 16:39 06.05.2021)
BMT-nin Qida Tullantısı İndeksi adlanan builki hesabatına görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə Azərbaycan bir çox ölkələri geridə qoyub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Dünya əhalisinin sayının artması bəzi ölkələrdə israfçılığa, bəzi ölkələrdə isə aclığa səbəb olur. Avstraliya, ABŞ və Türkiyə qida tullantısına görə dünyada ilk üçlükdə qərarlaşıb. BMT-nin hesabatına görə, illik olaraq 1,3 milyard ton qida tullantısı əmələ gəlir.

Yəni, illik olaraq 2,6 trilyard ABŞ dolları dəyərində qida tullantısı əmələ gəlir. Hansı ki, bu vəsait, bu qədər qida tullantısı ilə 815 milyon ac insanı doyurmaq mümkündür.

Bəzi ölkələrdə restoranlarda qidaların tullantısı qadağandır. Bunun üçün müştərilər cərimə olunurlar. Artıq bununla bağlı olaraq Çin də qərar qəbul edib. Bəzi ölkələr isə qida tullantılarından gübrənin hazırlanması prosesində istifadə edirlər. Bu məqsədlə orqanik gübrələr də istehsal olunur.

Qida tullantılarının geri çevrilməsi ilə ətraf aləmin çirklənməsinin də qarşısı alınmış olur. Çünki qida tullantıları həm də gərəkli, faydalı torpaq qatının yoxa çıxması hesab edilir. Bu qida tullantılarından gübrə məqsədilə istifadə etməklə həm də torpaq qatının daha da zənginləşməsinə nail olmaq olar.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, tullantı qidalar bir ölkə olsaydı, istixana qazı emissiyalarına görə dünyada ABŞ və Çindən sonra üçüncü olardı. Bu problemə ən böyük töhfəni kim verir? İnkişaf etmiş ölkələrdə xüsusən qida tullantılarının həcmi daha çox olur. Bu gün xüsusən də Amerikda qida tullantılarının həcmi yüksək səviyyədə qalır.

Dünyada qida tullantılarından müxtəlif məqsədlər üçün istifadə olunur. Statistikaya görə, illik olaraq 20 milyon ton qida zibil olaraq tullanır.

Qida tullantılarının həcmini azaltmaq, tullantıları faydalı şəkildə idarə etməklə həm də yeni iş yerləri yaratmaq, enerjiyə qənaət etmək və iqlim dəyişikliyinin qarşısını almaq mümkündür.

Azərbaycandakı vəziyyətə gəlincə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida zibilliyə atılır. Bu barədə BMT-nin Qida Tullantısı İndeksi adlanan bu il açıqlanan hesabatında məlumat verilib. Hesabata görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə, Azərbaycan bir çox ölkələri geridə qoyub.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərcləri məhz ərzaq məhsullarına çıxır. Dövlət Statistika Komitəsinin məlumatı da bunu təssdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclərdəki payı isə 48,6 faiz olub.

BMT-nin son açıqlanan hesabatına görə, il ərzində 931 milyon ton qida məhsulu zibil kimi tullanır. Bu isə illik qida məhsullarının 17 faizinin israfı deməkdir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkir.

"Azərbaycanda da poliqonların qida tullantıları ilə aşıb-daşmasının qarşısını necə almaq olar?" sualına cavab olaraq millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında qida tullantısı ilə bağlı durum və görülən işlərdən danışıb:

"Yediyimiz çörəyin bir qisminin boyat olaraq tullandığının şahidiyik. Təəssüflər olsun ki, çörək və digər qida məhsulları israfçılığın qurbanı olur. Bunun üçün maarifləndirmə işlərini daha da çoxaltmalıyıq. İnsanlar yediyi qədər ərzaq, çörək almalıdır. Restoran və kafelər də həmçinin, onlar da lazım olan qədər ərzaq almalıdırlar".

"Düşünürəm ki, biri digərinin qidasına nəzarət edə bilməz. Sadəcə olaraq maarifləndirmə işlərini gücləndirmək lazımdır. Uşaq bağçaları, məktəblərdə bu cür maarifləndirmə işlərini gücləndirmək lazımdır. Çünki bu şəxslər gələcəkdə cəmiyyəti idarə edən şəxslərə çevrilirlər", - deyə o əlavə edib.

O bildirib ki, Gəncədə tullantıların təkrar emalı ilə bağlı zavodun tikintisi planlaşdırılır: "Bu zaman çoxlu enerji, gübrələr də istehsal etmək mümkün olur. Bu layihə çox böyük vəsait tələb edir. Düşünürəm ki, əksər regionlarda belə layihə icra olunacaq".

Millət vəkili deyir ki, israfçılığın səbəbləri müxtəlifdir:

"İnsanlar yaşlandıqca anlayırlar ki, nə qədər israfçılığa yol veriblər. Təəssüflər olsun ki, yeyilən çörəyin 3 qat artığı israf olunur. Digər tərəfdən isə nə qədər ac insanlar bu çörəklə qidalana bilərdi. Hazırda Ramazan ayıdır. Ramazan ayında əsas məqsədlərdən biri də budur ki, insanlar bərabər olsunlar, toxun acdan xəbəri olsun. 13-14 saat ac qaldıqdan sonra insanlar qonşuda tanıdığı, bildiyi, köməyə ehtiyacı olan birinə yardım etməyi, az yeməyi öyrənir və israfçılığın qarşısını alır". `

Restoran və kafelərin yerləşdikləri ərazilərdəki poliqonlara nəzər salaraq, biz bu qida israfını görə bilərik. Lakin onların bir neçəsi ilə əlaqə saxlasaq da, onlar qida israfına yol vermədiklərini, sifarişlərə uyğun məhsul satdıqlarını deyirlər.

Hər kəs özündən başlasa, yəqin ki qida israfının, çörək tullantısının qarşısını almaq mümkün olar...

405
Evsiz, arxiv şəkli

Tüfeyli həyat tərzi keçirənlər dilənçilər saxlanılıblar

4
19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

BAKI, 6 may — Sputnik. Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Tədbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

4
Nura Suri, arxiv şəkli

Nura afrikalı ifaçı ilə duet oxudu - VİDEO

0
"Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq".

 

BAKI, 6 may — Sputnik. Müğənni Nura Suri "Onsuz" adlı yeni klipini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib. Mahnının sözləri və musiqisi Buzza aiddir. Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Ekran işində sənətçinin oğlu David və dostları yer alıblar.

Nura bildirib ki, çəkilişlər bir gün davam edib: "Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq. Bu 1 il 2 ay ərzində 3 yeni mahnı yazdırdım, 3 klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu, amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən də mən".

0