Toy mərasimi, arxiv şəkli

Azərbaycanda görünməmiş toy - sakinlər şokda

3823
(Yenilənib 17:43 09.12.2016)
Gecə yarısı keçirilən atəşfəşanlıq şəhər əhalisini yuxudan oyadıb

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 9 dek — Sputnik. Dekabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 01.30 radələrində, İmişli şəhər əhalisinin narahatlığına səbəb olan hadisə baş verib. Təxminən, yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Adamlar yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub.

Şahidlərin Sputnik-in bölgə müxbirinə dediklərinə görə, sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir.

Sonradan məlum olub ki, həmin gün İmişli şəhərindəki "Nərgizim" şadlıq sarayında, mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Rusiyada yaşayan, əslən İmişlidən olan iş adamı, oğlunun toyuna həmin ölkədən xeyli sayda qonaq dəvət edibmiş.

Təkcə "Bəy-gəlin maşını"na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir. Elə havaya, dəyəri minlərlə manat hesablanan "raketlər" də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub, toy sahibi ilə uzun-uzadı davam edən danışıqdan sonra "atəş" dayandırılıb.

Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israfçılıq qınaq obyektinə çevrilib.

3823
Teqlər:
atəşfəşanlıq, iş adamı, sakinlər, atəş, İmişli, toy, polis, qonaq
Əlaqədar
Gəlinin atası toyda 16 nəfəri öldürdü, 20 nəfəri yaraladı
Toy karvanında qəza oldu, 1 nəfər öldü, 7 nəfər yaralandı
Toyda kütləvi zəhərlənmə baş verdi
Toyuq-cücə yemini də xaricdən alırıqsa...
Göyçayda toyda 30-dan çox qonaq zəhərlənib
Toy karvanında qəza baş verdi, ölən var
Tibb işçisi, arxiv şəkli

TƏBİB-dən sevindirici açıqlama

0
(Yenilənib 12:46 16.01.2021)
Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, yeni göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib, ancaq vaksinasiya şərtdir

 

BAKI, 16 yanvar — Sputnik. Hazırda yeni yoluxanlarla sağalanların arasınsa 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bridinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib: "Bu isə sərtləşdiriımiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".

Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib: "Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".

0
Teqlər:
vaksinasiya, açıqlama, faiz, yoluxma, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb - FOTO

3
(Yenilənib 12:42 16.01.2021)
Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Bunlar arasında raket və minaatan mərmiləriylə yanaşı, boruşəkilli partlayıcı da var

BAKI, 16 yanvar — Sputnik. 2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
1 / 4
© Photo: ANAMA
Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.

Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

3