İş görüşü

İş axtaranlar qarşısında absurd tələb irəli sürülür

661
(Yenilənib 16:22 08.12.2016)
Problem tezliklə Milli Məclisdə gündəmə gətiriləcək

BAKI, 8 dek — Sputnik. "Ali məktəbi bu il bitirmişəm. İş axtarıram. Bir neçə şirkətə müraciət etdim. Hamısında da eyni problem üzündən işim alınmadı".

Paytaxt sakini Gülmirə Babayeva Sputnik-ə müraciətində belə deyir. "Bütün şirkətlərdə məndən iş stajı tələb edirlər. 21 yaşım var və universiteti yenicə bitirmişəm. Mənim nə stajım ola bilər ki?!", — vətəndaş narazılığını ifadə edir.

Bəllidir ki, ölkə qanunvericiliyi vətəndaşın təhsil aldığı dövrdə çalışmağa imkan vermir. Deməli, bir insan əmək fəaliyyətinə, yalnız ali məktəbi bitirdikdən sonra başlaya bilər. Və ali məktəbi yenicə bitirmiş vətəndaşı işə götürmək üçün, ondan iş stajı tələb etmək anlaşılan deyil. Problem, təkcə özəl şirkətlərlə bağlı deyil, həm də dövlət qulluğuna qəbul da eyni tələb qoyulur.

Mövzunu Sputnik-ə şərh edən hüquqşünas Fuad Ağayevin sözlərinə görə, bu, həm qanunvericilik, həm də qanunvericiliyin tətbiqi ilə bağlı problemdir: "Məsələn, "Vəkillik fəaliyyəti haqqında" qanuna görə, vəkilliyə namizədlərdən belə, staj tələb edilir. Amma, hazırda bu stajı əldə etmək problemlidir".

"Bu səbəbdən mən fikirləşirəm ki, bir sıra sahələrdə bu tələb aradan qaldırılmalıdır. O yerdə ki, qanunla iş stajı tələb edilir, həmin yerdə müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Bu zaman məsələ sadə yolla həllini tapa bilər", — ekspert bildirib.

F. Ağayevin fikrincə, sözügedən problemin səbəbini normativ hüquqi aktları hazırlayan qurumlarda axtarmaq lazımdır: "Milli Məclisdə bu məsələ gündəmə gəlməli və qanunda dəyişiklik edilməlidir. Nəzərə alsaq ki, hal-hazırda işsizlik problemi geniş yayılıb, bunun perspektivləri də ciddi görünmür. Qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır ki, digər sahələrdə də irəliləyiş olsun".

Hüquqşünas Ələsgər Məmmədli isə, Sputnik əməkdaşı ilə söhbətində məsələni belə dəyərləndirib: "Bir tərəfdən işə götürən haqlıdır. Yəni o, peşəkar işçi istəyir ki, işində problem yaranmasın. Digər tərəfdən də gənclər haqlıdırlar ki, təcrübə, staj qazanmaq üçün işə başlamalıdır".

Staj
© Sputnik / Karikatura
Staj

"Bu zaman əsas öhdəlik dövlətin üzərinə düşür. Dövlət idarələrində xüsusi təcrübə yerləri olmalıdır ki, gənclər orada işləyərək ilkin təcrübə yığsınlar. Hökumətin xüsusi proqramları olmasa, bu məsələni həll edə bilməzlər. Çünki, dövlətin bir vəzifəsi də işsizliyi azaltmaqdır", — mütəxəssis əlavə edib.

Millət vəkili Fazil Mustafa da Sputnik-ə açıqlamasında, staj tələbi ilə razılaşmadığını deyib: "Universiteti yeni bitirən gənclərdən iş stajı tələb edilməməlidir. Bu, yanlışdır".

"Tezliklə bu məsələni Milli Məclisdə gündəmə gətirəcəyəm və bu məsələyə baxılacaq", — deputat əlavə edib.

661
Teqlər:
təcrübə, staj, hüquqşünas, Ələsgər Məmmədli, tələb, , ali məktəb, universitet, Fuad Ağayev, Fazil Mustafa, millət vəkili, qanun, şirkət
Əlaqədar
Bağlanan bankların 2700 nəfər əməkdaşı iş axtarır
İş axtaranlar üçün fürsət
İşsizlik probleminin kökü nədədir?
2 milyon insan işsiz qalacaq
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

4
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

4
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

13
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

13