Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri

Hadı Rəcəbli spikerin tənqidindən nəticə çıxarıb

3961
(Yenilənib 19:13 07.12.2016)
Millət vəkili özünə söz verdi: "Bir daha jurnalistlərlə danışmayacağam"

BAKI, 7 dek — Sputnik. "Bu gündən özümə söz vermişəm ki, bir daha mətbuatla əlaqə saxlamayacam. Çünki jurnalistlər mənim sözlərimi təhrif edirlər".

Bunu millət vəkili Hadı Rəcəbli Sputnik-ə açıqlamasında deyib. Əməkdaşımız deputata müraciət edərək, ölkəmizdə fahişəliyin leqallaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünün olub-olmamasına dair fikrini soruşub. O isə deyib ki, jurnalistlərin suallarını belə, eşitmək istəmir və özünə söz verib ki, bir daha onlarla danışmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədov, Milli Məclisin iclasında Hadı Rəcəblini mediaya verdiyi açıqlamalara görə günahlandırıb. "Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə baxın, görün kimə intervü verirsiniz. Görürsünüz ki, intervü verdiyiniz adam sizin fikrinizi təhrif edir, bir də adama intervü verməyin. Bu sizdə nə xəstəlikdir, intervü vermək, gündəmdə qalmaq?! Hadı müəllim, belə pis çıxmasın, bir çoxlarımız intervü vermək üçün sinov gedirik", — deyə spiker bildirib.

3961
Teqlər:
Hadı Rəcəbli, spiker, Sputnik, mətbuat, deputat, millət vəkili, jurnalist
Əlaqədar
Hadı Rəcəblinin "qoyun" məsələsinə Səlim Müslümov daha əvvəl veto qoyubmuş
Deputat: Tələbələrimiz öz universitetlərimizdə təhsil almalıdır
Deputatlarımız Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər
Azərbaycanlı deputatlar Rusiyaya gedirlər
Deputatlara ödənilən məbləğ artırılır
Bakı bulvarına mənzərə, arxiv şəkli

Sabah Bakıda hava dəyişkən buludlu küləkli olacaq

3
(Yenilənib 14:25 15.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

BAKI, 15 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

3
Həkim, arxiv şəkli

Uzun müddət COVID-19-dan müalicə alan həkimdən şad xəbər var

3
(Yenilənib 14:19 15.08.2020)
Yaqut Qarayeva bildirib ki, aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb.

BAKI, 15 avqust — Sputnik. "Həkim renaimatoloq Cavid Paşayev ATU-da COVID-19 xəstələrinin mülaicəsi ilə məşğul idi. o uzun müddət COVID-19-dan müalicə alırdı".

Anestezioloq Cavid Paşayev

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB rəsmisi Yaqut Qarayeva bugünkü brifinqdə məlumat verib. O bildirib ki, artıq aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb: Bu xəbər bizim üçün çox sevindiricidir".

3
Aşura günü qanvermə aksiyası, arxiv şəkli

Qarşıdan Aşura Günü gəlir, qanvermə aksiyası harda olacaq?

0
Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

BAKI, 15 avqust — Sputnik. "Pandemiya ilə əlaqədar məscidlər işləməyəcək. Bu il Mərkəzi Qan Bankına yaxınlaşaraq və qaydalara riayət edərək vətəndaşlarımız qanvermə aksiyasında iştirak edə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini, klinik mikrobioloq, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova deyib.

O qeyd edib ki, bu il Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

 

 

0