Qazax xəngəli

Adı da, dadı da dillərə dastandır

2017
(Yenilənib 12:45 07.12.2016)
Bu yemək dünyanın ən yaxşı restoranlarında hazırlansa belə, sadə bir qazaxlı evində bişirilən xəngəlin yerini verməz

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 dek — Sputnik. Azərbaycanı zənginləşdirən dəyərlər sırasında onun tarixi, mədəniyyəti ilə yanaşı, milli mətbəxi də mühüm yer tutur. Ölkəmizdə hər bölgəni digərindən fərqləndirən özünəməxsus yemək növləri zövq oxşayır.

Milli yeməklərimiz arasında xəngəlin də özünə məxsus yeri var. Bu yemək növü müxtəlif bölgələrdə hazırlansada, öz dadı və əlavə inqredientləri ilə seçilən Qazax xəngəlinin əvəzsiz olduğu iddia edilir.

Qurud — dünya türklərinin eyniadlı təamı

Qazax xəngəlini xüsusi tam verən əlavələrdən biri quruddur. Yaşı min illərlə ölçülən qurud — süd məhsulu olub, quru, yaş olmayan mənasında işlədilir. "Qurud" sözünə demək olar, bütün türk dillərində rast gəlinir. Bu məhsula özbəklər — qurt, qazaxlar — kyurt, tatarlar — kort, kırt, başqırdlar — korot, tacik, uyğur, qırğız və Anadolu türkləri — kurut, buryat və xakaslar — xurut, monqollar — xuruud, xurut, türkmənlər isə — ak qurt deyirlər.

Azərbaycanda qurud, əsasən kərə yağı düzəldilərkən alınır. Süddən qatıq hazırlanaraq nəhrələrə tökülür, çalxalanır və üzünün yağı götürülür. Bundan sonra qalan ayran torbalara tökülərək süzülür. Alınan süzmədən isə müxtəlif formalı qurudlar hazırlanır və isti yerdə bərkidilir.

© Sputnik / Ilham Mustafa
Əsasən soyuq havalarda yeyilən bu xəmir yeməyi demək olar ki, Qazax əhalisinin həftəlik menyusuna daxildir

Düzgün hazırlanmış, vitaminlərlə zəngin olan bu məhsulu, keyfiyyətini itirmədən 7-8 il saxlamaq mümkündür. Bu səbəbdən də, qədim zamanlarda qurud səyyahların, döyüşçülərin, ziyarətçilərin özləri ilə götürdükləri əsas qida məhsulu olub.

Qurud, həmçinin həddən artıq yağlı yeməkləri orqanizmdə neytrallaşdırmaq rolunu oynayır. Bəlkə də bu səbəbdəndir ki, Qazax xəngəlini qurudsuz təsəvvür etmək mümükün deyil.

Tək yeyilməyən yeganə yemək

Əsasən soyuq havalarda yeyilən bu xəmir yeməyi demək olar ki, Qazax əhalisinin həftəlik menyusuna daxildir. Xəngəl, bəlkə də yeganə yemək növüdür ki, onu ev şəraitində tək yeyən yoxdur. Yerli əhali xəngəl mərasimini istirahət, yaxud bayram günlərinə salaraq, bu prosesə ailənin, qohumların bir yerə yığışmasına səbəb kimi baxırlar.

Qazax rayon sakini Atlas Məmmədova xəngəl hazırlayarkən
© Sputnik / Ilham Mustafa
Qazax xəngəlinin hazırlanma sirlərini Sputnik-ə rayon sakini Atlas Məmmədova danışdı

Hansı ailədə xəngəl qazanı asılırsa, qohumlar, dostlar çağırılır, hər kəs bir süfrə başına toplanır. Ta qədimlərən bu adət dəyişməyərək nəsildən-nəsilə ötürülür.

Qazax xəngəlinin resepti

Adı dillərə dastan olan Qazax xəngəlinin hazırlanması qaydasını, rayon sakini Atlas Məmmədovadan öyrənməyə çalışdıq. Atlas xanım ilk olaraq xəngəlin hazırlanması üçün qurudun əzilməsinin lazım olduğunu deyir.

Bərk halda olan qurudu əzmək üçün ilıq sudan istifadə edilir. İsti su əzilməni sürətləndirsə də, məhlulun çürüməsinə səbəb olur. Həmçinin, qurudu doğrayaraq əzmək də düzgün deyil. Ona görə ki, bu zaman tam əzilmir və içərisində bərk hissəciklər qalır. Zaman və fiziki güc tələb etdiyindən, bəzən qurudu kişilərin əzməsi üstün tutulur.

Bundan sonra qonaqların sayından asılı olaraq, 1-1,5 kq un götürülür, üzərinə iki yumurta və duz əlavə edilir. Yenə də ilıq su qatılaraq xəmirin hazırlanması prosesi başlayır.

Xəmir hazır olduqdan sonra dincə qoyulur. Bunun ardınca yağ-soğan və xəngəlin üzərinə əlavə ediləcək beçə (yaşa dolmamış xoruz) ətinin hazırlanma prosesi başlayır. 

Xəmir xörəyi “Sürhüllü”nün resepti
© Sputnik / Şahpəri Abbasova,Kamilla Əliyeva

Atlas xanım 5-6 nəfərlik yağ-soğan hazırlamaq üçün, 1 kiloqramadək soğan soyularaq, doğranmasımım lazım olduğunu deyir. Tavanın içərisinə 0.5 kq yağ atılaraq qızardılır. Xəngəl hazırlanarkən, yağ-soğanın dağ edilməsi xüsusi diqqət tələb edir. Çünki Qazaxda xəngəlin yeyilməsindən sonra, onun necə bişirildiyinə dair fikir mübadiləsinin aparılacağı mütləqdir. Bu səbəbdən soğanı yağda elə qızartmaq lazımdır ki, onun içərisində bir dənə də olsun, yanmış və ya çiy qalmış soğan dilimi olmasın. 

Bundan sonra xəmirin yayılaraq, ondan yarpaqlar düzəldilməsi prosesi gəlir. Yayma nə qalın, nə də nazik olmalıdır. Kündə yayılandan sonra kəsilir və qablara düzülür. Bu işlə paralel olaraq su qaynara qoyulur. Xəngəlin neçə nəfərlik bişirilməsindən asılı olmayaraq, su böyük qazanlarda qaynadılır. Çünki xəmir böyük qazanda daha yaxşı bişir və bir-birinə yapışmır.

Xəngəli bişirənə ən çox kömək yarpaqların qazana tökülməsi zamanı lazım olur. Bu zaman yarpaqları az müddətdə, bir-bir qazana tökmək lazımdır ki, xəmir biri-birinə yapışmasın. "Xəmir qazana töküldükdən sonra qapağını örtmək və 4-5 dəqiqə qaynadıqdan sonra, ocaqdan götürmək lazımdır", — deyir A. Məmmədova.

Aşsüzənlə qazandan çıxarılan yarpaqlar, suyu süzüldükdən sonra buludlara (yaxud sinilərə) çəkilir. Üzərinə əvvəl qurud, sonra yağ-soğan, ardınca da beçə (nadir hallarda da qıyma ət) əlavə edilərək, süfrəyə gətirlir. Qeyd edək ki, bir çox xəngəl həvəskarları, bu yeməyi, yalnız qurud və yağ-soğanla yeməyə üstünlük verirlər.

Bu gün sizə qısaca olaraq Qazax xəngəli və onun hazırlanması barədə məlumat verməyə çalışdıq. Lakin bir şeyi bildirmək istərdik ki, bu yemək dünyanın ən bahalı restoranlarında hazırlansa belə, sadə bir qazaxlının evində hazırlanan xəngəlin yerini verə bilməz…

2017
Teqlər:
hazırlanma, qurud, xəngəl, yemək, resept, Qazax, Azərbaycan, məhsul
Əlaqədar
İdeal səhər yeməyi necə olmalıdır?
Yeməkdən sonra dərhal yatmaq, görün hansı fəsadlara səbəb olur
Bu qidaları əsla ətlə yeməyin
Yeməyin dadını bir anda dəyişən məişət cihazı ixtira edilib
Hamilələrə qarpız yemək olarmı?
Atəşdə doğulan yemək: Azərbaycan “Saciçi”sinin resepti
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

26
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

26

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam